Sabunçuda dəhşətli cinayət

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əsgərov İsmayıl Nəriman oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib.

Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31