Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü
11 Sentyabr 2023 10:08 HadisəBakıda 23 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Keşlə qəsəbəsi, Qafqaz küçəsi, ev 47/15C ünvanında yerləşən fərdi yaşayış evində usta kimi fəaliyyət göstərən 2000-ci il təvəllüdlü Fərid Qəniyev evin damında təmir işi apararkən ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik cərəyanının keçdiyi naqilə toxunub. O, elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31