Sumqayıt yolunda ağır qəza, ölən var
8 Sentyabr 2023 11:13 HadisəBakı-Quba-Rusiya sərhəddi avtomobil yolunda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki , hadisə yolun Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazindən keçən hissədə baş verib.
Yolda hərkətdə olan "Vaz" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən "BMW" markalı avtomobil toqquşub. Nəticədə "Vaz" markalı avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü Asif Hüseyn oğlu Məmmədov hadisə yerində ölüb. Digər maşının sürücüsü yaralanıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31