Bakıda FACİƏ: Külək darvazanı aşırdı, uşaq altında qalaraq öldü
7 Sentyabr 2023 10:32 HadisəBakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.
Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.
Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb.
Uşaq ağır bədən xəsarətləri alıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fakt üzrə araşdırma aparılır.
Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31