Bakı metrosunda HƏYƏCANLI ANLAR: Qatar tuneldə qaldı
9 Avqust 2023 09:13 HadisəBakı metrosunda qatarların hərəkət qrafikində gecikmə olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında metronun "Koroğlu" stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Bu barədə sərnişinlərə metro bələdçisi məlumat verib.
Nasazlıq səbəbindən qatar metronun "Koroğlu" - "Ulduz" stansiyaları arasında 10 dəqiqədən çox tuneldə qalıb.
Sərnişin-maşinist rabitəsi ilə sərnişinlərə səslənən maşinist irəlidə stansiyada nasaz qatarın olduğunu bildirərək sərnişinləri səbirli olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31