Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı
5 Yanvar 2023 11:48 HadisəBakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31