Azərbaycanda dəhşətli hadisə: 84 yaşlı qadını itlər parçalayaraq öldürdü
30 Dekabr 2022 14:41 HadisəGöygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.
Hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.
Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31