Yardımlıda torpaq uçqunu - 1 ÖLÜ
29 Dekabr 2022 15:19 HadisəYardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31