Polis maşını ilə “Mercedes” toqquşdu - Ağır yaralılar var - FOTO
26 Dekabr 2022 15:21 HadisəDekabr ayının 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a bildirilib ki, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31