Bakıda tələbə özünü 8-ci mərtəbədən atdı
21 Dekabr 2022 15:14 HadisəAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında intihar hadisəsi baş verib.
Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.
Məlumata görə, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31