Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.

İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31