Şəmkirdə istixana yanıb

Şəmkir rayonunun Keçili kəndində ümumi sahəsi 7000 kv.m olan istixananın polietilendən ibarət üzlüyü 500 kv.m sahədə yanıb.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31