Qəbələdə dağlıq-meşəlik ərazidə azan üç nəfər xilas edilib
28 İyul 2022 22:06 HadisəQəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə üç nəfər yolu azaraq köməksiz vəziyyətdə qalıb.
Olaylar.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31