İçərişəhər ərazisində belə bir hadisə baş verməyib - DTMQİ -dən açıqlama
5 Aprel 2022 21:48 Hadisə"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bu gün mətbuatda və sosial şəbəkələrdəki yayılmış məlumatlara cavab olaraq ictimaiyyətin nəzərinə çatdırır ki, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində qırılıan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir.
Olaylar.az bildirir ki, bu barədə idarənin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bildirilir ki, İçərişəhər ərazində belə bir hadisə baş verməyib.
Xatırladaq ki, bu gün mediada Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinə istinadən İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfərin ağır xəsarət alması, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi barədə xəbər yayılıb.