Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində III kurs tələbəsi vəfat edib.

Olaylar.az bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31