ABŞ Güney Azərbaycandan öz maraqları üçün istifadə edəcək
Ağ Ev Güney Azərbaycan məsələsini Konqresdə müzakirəyə çıxarmaq istəyirsə bu tamamilə onun öz mənfəəti üçündür
12 Fevral 2013 15:25 GüneyGüney Azərbaycanda Milli Azadlıq Hərəkatı 1900-cü ildən genişlənməyə başlayıb. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin qurduğu Azadıstan Respublikası "Türkmənçay" müqaviləsindən sonra Güney Azərbaycanda yaradılan ilk müstəqil türk dövləti olub. Lakin, respublikanın ömrü 5 ay çəkib. Xiyabaninin başlatdığı Milli Oyanış Hərəkatı 1945-ci ildə Şeyx Cəfər Pişəvərinin Cənubi Azərbaycan Demokratik Respublikasının yaradılması ilə başa çatıb. BMT dövlətin müstəqilliyini müzakirəyə çıxaranda ABŞ və İngiltərə buna maneə oldular. Konkret olaraq ABŞ-ın səyləri sayəsində Güney Azərbaycan Respublikasının müstəqilliyi tanınmayaraq yenidən İranın tərkibinə verildi. 1979-cu ilə qədər gizli şəkildə davam edən Milli Azadlıq Hərəkatı İran İslam İnqilabından sonra yeni mərhələyə qədəm qoydu. Güneylilərin fəallığı sayəsində Ayətullah Xameyni qələbə qazandı. 1980-88-ci illərdə baş verən İran-İraq müharibəsində də azərbaycanlılar fəallıq nümayiş etdirdilər. Lakin, İranın dini qurumu azərbaycanlılara güzəşt etmədi. Əksinə bundan sonra azərbaycanlılara qarşı fars şovinizmi daha da genişləndi. Nəticə etibarilə 90-cı illərin əvvəllərində İranın despot rejiminə qarşı müdhiş Xalq Oyanış Hərəkatı başladı. Güneylilərin fars hakimiyyətinə qarşı çıxmalarının bir başqa səbəbi isə Şimali Azərbaycanda baş verən siyasi hadisələrlə bağlı idi. Çünki, həmin dövrdə Dağlıq Qarabağ rus-erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. İran hakimiyyətinin erməni yönlü siyasət izləməsi də Güney Azərbaycanda Milli Azadlıq Hərəkatına təkan verdi. Nəticədə Güney Azərbaycan İran hakimiyyətindən tamamilə uzaqlaşdı. 1995-ci ildə Mahmud Əli Çöhrəqanlı Təbrizdən İran parlamentinə deputat seçilməsinə baxmayaraq fars rejimi onu məclisə buraxmadı. Buna görə də Çöhrəqanlı Güney Azərbaycanadakı Milli Azadlıq Hərəkatına rəhbərliyi ələ aldı. 1997-ci ildə Xatəminin İranda prezident seçilməsindən sonra Güney Azərbaycanı İranda baş verən siyasi proseslərdən kənarlaşdırma siyasəti güclənir. Bu dövr Güney Azərbaycanda farslaşdırma siyasəti ilə yadda qalıb. 2001-ci ildə Xatəmi ikinci hakimiyyəti ilində isə Güney Azərbaycanda Milli Azadlıq Hərəkatını dondurma siyasətini izləyib. Nəticədə Güney Azərbaycanda geniş şəkildə türk çalxalanması baş verir. Fars mərkəzli Demokratik Hərəkat Milli Oyanış Hərəkatı ilə əvəzlənir. Hərəkata 1995-ci ildə Çöhrəqanlı tərəfindən yaradılmış GAMOH başçılıq edirdi. Təşkilatın hal-hazırda Azərbaycan, Türkiyə, ABŞ və Avropada 25-dən artıq nümyəndəliyi fəaliyyət göstərir. GAMOH BMT, Aİ, AP və digər beynəlxalq təşkilatlar tərəfindən tanınır. GAMOH-un təşkil etdiyi ən böyük mitinq 2006-cı ilin mayın 22-də baş verib. Təbriz, Urmiya, Zəncan, Marağa, Ərdəbil, Xalxal, Bicar, Şiraz, İsfahan, Məhabad , Tehran və hətta dini mərkəz hesab edilən Qumda təşkil edilən mitinqlərdə milyonlarla güneyli fəal molla rejiminin şovinist siyasətinə etiraz etmişdi. Mitinqlərin başlanmasına təkanı isə "İRNA" İnformasiya Agentliyinin Güney azərbaycanlılarını hamam böcəyinə bənzətməsi vermişdi. ABŞ-ın "Vaşinqton post" qəzeti mitinq haqqında "İranda etniklərin müstəqillik sitəkləri oyanır" başlıqlı məqalə dərc etdi. Hadisə Ağ Ev rəsmilərini çox sevindirdi. Çünki, baş verəcək etnik partlayışa strateji maraqlar naminə ABŞ tərəfindən göydəndüşmə şans sayılırdı. Ağ Ev düşüncə tərzinə görə Yaxın Şərq ölkələrində yaşayan etniklər ABŞ-ın strateji maraqlarının açarıdır. ABŞ-ın müharibə planının mərkəzində İranın zəngin neft yataqlarına sahib olmaq dayanır. ABŞ Güney Azərbaycanda yaşayan azər türklərinə, nə də ki, Yaxın Orta Şərqdəki kürdlərə müstəqillik verməyəcək. Ağ Evin bir müddət qabaq Yaxın Şərqin yeni xəritəsi isə İranda yaşayan etnikləri fars rejiminə qarşı qızışdırmaq xarakteri daşıyır. Əgər Ağ Ev Güney Azərbaycan məsələsini Konqresdə müzakirəyə çıxarmaq istəyirsə bu tamamilə ABŞ-ın öz mənfəəti üçündür. Bu gün Azərbaycanın Rusiya və İranla qonşu olması daha təhlükəsizidir, nəinki ABŞ-ın dövlətimizin sərhədlərinən kənarda bir az daha möhkəmlənməsi təhlükəlidir. Məsələdə diqqətçəkən məqamlardan biri də Türkiyədir. ABŞ İraqda möhkəmlənib, Suriyada maraqları təmin olunmaq üzrədir, İrana qarşı yeni müharibə başlaya bilər. Türkiyə Yunanıstanla və Ermənistanla o qədər də isti münasibətlərə sahib deyil. Bunları da nəzərə alan ABŞ Türkiyəni blokadaya almaq siyasəti izləyir. Güney Azərbaycan ABŞ-ın Yaxın Orta Şərqə açılan qapısıdır. Məhz ABŞ İranı vurduqdan sonra Güney Azərbaycanı yeni işğalları üçün istifadə edəcək. İran ABŞ-ın Asiyada tutmaq istədiyi sonuncu dövlət deyil. Ağ Evin hədəfində Çin, Cənubi və Çimali Koreyanı da vurmaq dayanır. Buna qədər isə ABŞ Güney Azərbaycan məsələsini tezliklə həll etmək istəyir. Bu faktdır ki, ABŞ türk millətlərinə qarşı antipatik münasibət bəsləyir. O da məlumdur ki, Güney Azərbaycanın müqəddartı həll edildikdən sonra Ağ Ev Azərbaycan və Türkiyə türklərinə qarşı kürd amilindən istifadə edəcək. Güney Azərbaycan məsələsini Şimali Azərbaycan və Türkiyə təkbaşına həll etməlidir. Ən gözəl variant isə Güney və Quzey Azərbaycanı birləşdirib Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqdır. Belə olan halda Moskva Ankara-Bakı bloku qarşısında aciz qalacaq və münasibətləri yaxşılaşdırmaq, ABŞ isə geri çəkilmək məcburiyyətində qalacaqlar. İndiki məqamda ABŞ və Rusiya arasında olan soyuqluqdan sui-istifadə etmək lazımdır.
Mənsur Rəğbətoğlu