Gündəm
Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf
Ermənistan 2013-cü ildən Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra sürətli şəkildə dağılmağa başlayıb.
Rus dilində təhsil ləğv edilməyəcək
Artıq bir neçə gündür ki, sosial şəbəkələr və yerli mətbuatda Azərbaycanın ümumtəhsil nməktəblərində rus dili bölməsinin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Qeyd olunur ki, son illər valideynlər arasında övladlarının rus bölməsində təhsilinə çalışanlar çoxdur.
Fətullahçılara qarşı əməliyyat - 59 nəfər saxlanıldı
“Fətullahçı Terror Təşkilatı”na (FETÖ/PDY) qarşı Türkiyədə keçirilən polis əməliyyatı zamanı 59 nəfər saxlanılıb.
Ruhani İrəvana gedəcək
İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb
ABŞ-da məşğulluqla bağlı açıqlanan statistikadan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunda keçiriləcək iclasında uçot dərəcəsinin artırılmaması ilə bağlı investorların narahatlığına son qoyulub ki, bu da öz növbəsində Rusiya və MDB ölkələrinin suveren istiqrazlarının gəlirliliyinə təsir edib.
Sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq
İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ohanyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib
Ermənistan müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda təmas xəttində olub. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, o, Madaqis-Talış bölgəsində görülən mühəndis işləri ilə tanış olub.
6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.
Suriyada daha bir rus təyyarəsi vuruldu
Ötən gün Suriyanın Şimal-Qərbində Hələb uğrunda gedən döyüşlərdə Rusiyaya aid SU-24 təyyarəsinin vurulduğu bildirilir.
Evlənmək istəməyən müəllimə vəhşicəsinə öldürüldü
Pakistanın Pəncab vilayətində gənc müəllimə qəddarcasına öldürülüb.
İzmirdə qorxulu zəlzələ
Ötən gecə saat 23-40 radələrində İzmirin Foça rayonunda 4.2 bal gücündə zəlzələ baş verib.
ABŞ gəmisi Qara dənizə girdi
Bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin 6 -cı Donanmasına aid Porter esminets tipli hərbi gəmisi İstanbul boğazından keçərək Qara dənizə daxil olub. ABŞ tərəfi gəminin Qara dəniz hövzəsinə gəlişini bölgədə sülh və təhlükəsizliyi qorumaq məqsədi ilə olduğunu açıqlayıb.
Torpaqların kateqoriyası dəyişdirilir
Azərbaycan Prezidentinin təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı imzaladığı sərəncamla əlaqədar Vergi Məcəlləsinə edilən dəyişiklərə görə, istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat cərimə tətbiq olunmalıdır.
Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib
Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turniri keçirilib.
SAM «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabını Almaniyada ingilis dilində çap etdib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin dəstəyi ilə rusiyalı tarixçi alim və hüquqşünas Oleq Kuznetsovun «XX əsrdə transmilli erməni terrorizmi.














