SAM «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabını Almaniyada ingilis dilində çap etdib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin dəstəyi ilə rusiyalı tarixçi alim və hüquqşünas Oleq Kuznetsovun «XX əsrdə transmilli erməni terrorizmi.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin dəstəyi ilə rusiyalı tarixçi alim və hüquqşünas Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabı Almaniyada ingilis dilində dərc edilib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Oleq Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi üzrə Rusiyada tanınmış mütəxəssislərdən biridir. Müəllif uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etmiş, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə etmiş və hadisələrin real təsvirini yaratmağa nail olmuşdur. Kitab müəllifin fərdi yanaşmasıdır və hüquqi sənədlərə istinadən yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00