Suriyada daha bir rus təyyarəsi vuruldu

Ötən gün Suriyanın Şimal-Qərbində Hələb uğrunda gedən döyüşlərdə Rusiyaya aid SU-24 təyyarəsinin vurulduğu bildirilir.

Ötən gün Suriyanın Şimal-Qərbində Hələb uğrunda gedən döyüşlərdə Rusiyaya aid SU-24 təyyarəsinin vurulduğu bildirilir. Təyyarə Hələbə bağlı olan  Xalsa kəndi yaxınlığında vurulub. Suriya müxalifətinin bildirdiyinə görə, pilot əsir alınıb. Rusiya tərəfindən olay ilə əlaqədar hələlik bir açıqlama gəlməyib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00