Gündəm
“Microsoft” autizmə tutulan uşaqlara kömək üçün virtual reallıqdan istifadə edir
“Microsoft” korporasiyasının tədqiqatçıları virtual reallıqdan daha bir sahədə istifadəyə başlayıblar. Belə ki, onlar ötən həftə Böyük Britaniyada keçirilən seminar çərçivəsində autizm xəstəliyinə düçar olan uşaqların iş mühitinə daxil olmalarına hazırlıq üçün virtual reallıq texnologiyasından istifadə imkanını nümayiş etdiriblər. Bu məqsədlə 7-9 yaşlı 22 nəfərdən ibarət seçilən qrup “Windows 10 Mobile” mobil əməliyyat sistemli smartfonlarda “HTC Vive” kaskası və “VISR” virtual reallıq qarnituru vasitəsilə proqramlaşdırmada öz qüvvəsini sınayıb. Qrup virtual dünyada müxtəlif obyektlər yaradaraq ora rəsmləri yükləməyə nail olub.
Aktyordan şikayət etdi: "Məni döydü, saçımdan tutub sürüdü"
"Diriliş Ertuğrul" serialının qəhrəmanı Mehmet Polad haqqında cinayət işi açılıb.
Qalmaqallı müğənni hamilədir
Qalmaqallı müğənni Mayli Sayrus və aktyor Liam Hemsvort bir neçə illik fasilədən sonra yenidən sevgili kimi münasibətlərini davam etdirirlər.
Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”
Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”
Ser Aleks Ronaldunu belə təbrik etdi
"Avro-2016"nın final oyununu stadiondan izləyənlər arasında "Mançester Yunayted"in sabiq baş məşqçisi ser Aleks Fergüsson da olub.
Hesablama Palatası haqqında qanun dəyişdirildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.
Azərbaycan və İran arasında imzalanmış sazişlər təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.
Ötən ay 0,5%-lik deflyasiya olub
2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5% artıb.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri azalıb
Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8% artıb.
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi
Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun dəyişdirilir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasında iki kadr təyinatı
İyulun 11-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub.
Böyük Britaniyanın yeni baş naziri bəlli olub
Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildiyini açıqlayıb.
AVRO-2016-nın SOCAR-ın biznes inkişafı üçün yekunları təqdim edilmişdir
Xəbər verildiyi kimi, iyulun 9-da Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilmişdir.














