"Liderimizi itirmişdik"
Bizə çətin oldu. Çünki liderimizi itirmişdik.
11 İyul 2016 18:51 İdmanBizə çətin oldu. Çünki liderimizi itirmişdik.
Qol.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Pepe "Avro-2016"nın finalında Fransaya qalib gəldikləri oyundan (1:0) sonra deyib.
Təcrübəli müdafiəçi "Real"da komanda yoldaşı olan Ronaldonun zədələnərək oyunu tərk etməsinə toxunub: "Ronaldonun oyunu davam etdirə bilməyəcəyi məlum olanda bütün komanda yoldaşlarıma dedim ki, biz ona görə qələbə qazanmalıyıq. Baş məşqçimiz də vaxtında və düzgün əvəzləmələr etdi.
Pepe Portuqliya futbolunda yeni tarix yazdıqlarını əlavə edib: "Bu çempionluğumuz Portuqlaliya futbol tarixinə qızıl hərflərlə yazıldı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31