Gündəm

Məmmədyarov: “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”

12 İyul 2016 11:13

“Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.

Azərbaycan XİN başçısı: "Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq"

12 İyul 2016 11:11

"Dünən Azərbaycan prezidentiİlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub". 

Qadınların dərdi: Çillər və piqment ləkələri

11 İyul 2016 20:00

Yayın gəlməsi ilə bəzi qadınların üzündə çillər görünməyə başlayır. Təəssüflə qeyd etmək lazımdır ki, bunun qarşısını almaq və birdəfəlik yox etmək mümkün deyil. Ona görə də hər il yaz və yay aylarında çillərin və piqment ləkələrinin qarşısını ala bilən vasitələrdən istifadə etmək lazımdır. Aile.lent.az immunitet.az-a istinadən həmin təbii vasitələrdən bəzilərini təqdim edir.

Uşağa ayaqqabı seçərkən BUNLARI NƏZƏRƏ ALIN

11 İyul 2016 19:43

Uşağın ilk ayaqqabısının doğru seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər 2 yaşından qabaq uşağa ayaqqabı alınmasının yersiz olduğunu vurğulayırlar. Çünki uşaqlara təsadüfi alınan ayaqqabılar uşağın ayaq sağlamlığı və inkişafına mənfi təsir edə bilər.

Boyadan yanan saçlar üçün MASKA

11 İyul 2016 19:35

Boyadan yanan saçlar zamanla canlılığını itirərək daha pis görünüş qazanır. Aile.lent.az korlanmış saçların daha baxımlı görünməsi üçün maskalar təqdim edir.

Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT

11 İyul 2016 19:28

Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib. Aile.lent.az Mehmet Başkakın sadaladığı həmin 12 əlaməti təqdim edir.

Əl baramqları bu orqanlarla bağlıdır - Bunlara diqqət!

11 İyul 2016 19:22

Çin metoduna görə, əldə hər barmaq 2 orqanla əlaqəlidir. Bununla da onlar ağrıyan orqanı sakitləşdirmək üçün  barmağı 3-5 dəqiqə massaj edirlər. Bunun  üçün dərindən nəfəs alaraq, hər iki əldəki baramq  massaj edilir. Bütün bu prossedur 3 dəqiqə ərzində edilir. Və nəticədə ağrı aradan qalxır.  

Elastik displeylərin populyarlığı artacaq

11 İyul 2016 19:19

"IHS" analitik şirkəti yaxın illərdə daşınan qurğuların populyarlığının sürətlə artması sayəsində elastik displeylərə tələbatın çoxalacağını proqnozlaşdırır. Belə ki, 2016-cı ildə elastik ekran istehsalçıları ilkin məlumatlara görə, 3,5 milyard dollara yaxın qazanc əldə edəcəklər. Beş il sonra mədaxilin 300 faiz yüksələcəyi gözlənilir.

“Ağıllı” çamadan giroskuterə çevrilir

11 İyul 2016 19:12

Son vaxtlar müxtəlif ölkələrin bir sıra şirkətləri sahibinin arxasınca gedən, onun elektron qurğularını enerji ilə dolduran və ümumilikdə səyahəti asanlaşdıran yüksək texnologiyalı çamadanlar təqdim edib. Bu dəfə belə “smart” çamadanlar siyahısına İranın "Ikap Robotics” şirkəti tərəfindən hazırlanan "Olive” çamadanı əlavə olunub.

Yeni material günəş panellərinin effektivliyini artıracaq

11 İyul 2016 19:08

Alimlər günəş panellərini tozdan qoruyaraq səhralarda günəş enerjisinin istehsalının effektivliyini artıracaq nazik polimer plyonka yaradıblar.