İsti havalarda belə qidalanın – DİETOLOQ TÖVSİYƏSİ

İsti havalarda ilk növbədə bədəndən çox miqdarda su xaric edilir. Buna görə də yayda hər gün ən az 2 litr su qəbul etmək lazımdır. Bu, sağlamlıq baxımından çox əhəmiyyətlidir. Suyu az miqdarda və tez-tez olmayaraq udmaq lazımdır. Maye qəbulunu artırmaq üçün qarpız, albalı kimi su tərkibi yüksək meyvələr və kahı kimi yaşıl tərəvəzlərə üstünlük vermək məsləhətdir. Aile.lent.az türkiyəli qidalanma mütəxəssisi Fatma Baysalın isti günlərdə necə qidalanmaq haqda məsləhətlərini təqdim edir.

Yaşıl tərəvəzlər seçin

Dietoloq bildirir ki, daim meyvə yemək bədən müqavimətini artırır. Tərkibindəki antioksidant komponentlər və vitaminlər sayəsində günəş şüalarının zərərli təsirlərinə qarşı bədəni qoruyur: "Meyvə yeyən zaman fruktoza tərkibinə biganə yanaşılmamalıdır. Həddindən artıq meyvə yemək olmaz. Xüsusilə yaşıl rəngli tərəvəzlər fol turşusu, kalium, C vitamini ilə zəngin olduğu üçün onlara daha çox üstünlük verilməlidir. Hər dəfə cəfəri, şüyüd kimi göyərtilərlə zəngin salat yemək məsləhətdir".

Duzdan uzaq durun

F. Baysal sərinləmək üçün qazlı içkilər yerinə meyvə suyu və ya təzə sıxılmış meyvə şirələri içməyi məsləhət görür. Həddindən artıq qəhvə, çay içmək diüretik təsir bağışladığı üçün bədənin su tarazlığını poza bilər. Amma az da olsa soyuq qəhvə kimi içkilər içmək olar: "Bu qəhvələrin çox kafein və krem tərkibli olmamasına diqqət etmək lazımdır. Həm zülal tərkibi, həm də qlisemik indeksi aşağı olduğundan maye qəbulu artırma baxımından sağlam seçimdir. Duz əlavə etmədən için. İçinə nanə, xiyar kimi tərəvəzlər əlavə etsəniz, lif tərkibi artar".

İsti günlərdə qan dövranını rahatlaşdıran qidalara üstünlük vermək lazımdır. Ödəm meydana gəlməsinin qarşısını almaq üçün cəfəri, ananas, zəncəfil, balqabaq kimi qidalar yemək məsləhətdir. Günəş şüalarına qarşı qoruyucu təsiri olduğu və kollagen meydana gəlməsini dəstəklədiyi üçün zeytun yarpağı çayını dəmləyib soyudaraq içə bilərsiniz: "Yeməklərin bişirmə üsulu mövzusunda daha sağlam seçimlər edin. Qızartma, qovurma kimi yağlı qidalar əvəzinə, daha çox qril və sobada bişirilənlərə üstünlük verin. Çox ədviyyatlı və yağlı qidalar həzm sisteminə mənfi təsir edər. Eyni zamanda, qida zəhərlənmələrinin qarşısını almaq üçün zülal tərkibi olan qidaların yaxşı bişirilməsi və saxlanmasına həssas yanaşın. Xəmirli şirniyyatlar yerinə dondurma və ya südlü şirniyyatlar daha doğru seçim olar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00