Gündəm

Uorlik: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü ən qısa zamanda təşkil etməyə çalışırıq”

15 İyul 2016 17:53

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü ən qısa zamanda təşkil etməyə çalışırlar.

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni maaş CƏDVƏLİ

15 İyul 2016 17:52

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri təsdiq edilib.

Olland: Nitsada xəsarət alan 50 nəfərin həyatı təhlükədədir

15 İyul 2016 17:47

Nitsada xəsarət alanlardan təqribən 50 nəfərin həyatı təhlükə altındadır.

FHN-də üzgüçülük üzrə çempionat keçirilib

15 İyul 2016 17:45

Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb.

Nazirliyin sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayanların sayı açıqlanıb

15 İyul 2016 17:44

Cari ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Gəncədə ikimərtəbəli tikili yanıb

15 İyul 2016 17:27

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ikimərtəbəli tikilidə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinin tavanı 1 kv.m sahədə və soyuducu yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lökbatanda ikimərtəbəli bina yanıb

15 İyul 2016 17:26

Qaradağ rayonu, Lökbatan qəsəbəsində ikimərtəbəli binada yanğın olub.

Sərnişin və yükdaşımaların həcmi artıb

15 İyul 2016 17:24

2016-cı ilin yanvar-may ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19810,0 min ton, yük dövriyyəsi isə 3831,2 milyon ton-km olmuşdur.

Məşhur müğənni: "O qırğında məni mələklər qorudu"

15 İyul 2016 17:17

Rusiyanın məşhur müğənnilərindən olan Svetlana Koltunova dünən Fransanın Nitsa şəhərində, "Promenade des Anglais" bulvarında gəzişən on minlərlə turist arasında idi. Milli.Az bildirir ki, o, oğlu ilə birlikdə bulvarda Fransanın milli bayramı olan Bastiliyanın Alınma Gününə həsr olunmuş atəşfəşanlığa baxırdı.

Nitsa faciəsi: dünya yas tutur

15 İyul 2016 17:15

Dünən Fransanın Nitsa şəhərində Bastiliyanın Alınma Günü bayramı şərəfinə ənənəvi atəşfəşanlıq olub.

Gəncədə yerli icra orqanları ilə KİV əməkdaşlığının genişləndirilməsi mövzusunda konfrans keçirilib

15 İyul 2016 17:12

Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib.  Məlumata görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, bir sıra mətbuat orqanların rəhbərləri və əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

15 İyul 2016 17:02

Roma Papasının portretinin hazırlanması azərbaycanlı heykəltəraşa həvalə olunub.

İŞİD-ə qarşı kim vuruşmalıdır?

15 İyul 2016 17:01

«Hər xalqda pis də var, yaxşı da», «Hər dinin içərisində radikallar da var, mötədillər də». Geniş yayılmış və düzlüyünə şübhə olmayan iddialardır. Amma əgər bu pislər və radikallar getdikcə daha çox bəla törədirlərsə, daha çox ön plana çıxırlarsa, təmsil etdikləri xalqın və ya dinin imici təhlükə altına düşür.

Bir bankalıq cəsarət: energetik içkilər öldürür, yoxsa dirildir?

15 İyul 2016 16:59

Bir bankada yuxu qovan, yorğunluğu aradan qaldıran, konsentrasiyanı dəfələrlə artıran, uzunmüddətli enerji mənbəyinin olması necə də cazibədar görünür! Əgər cibində cəmi 2-3 manatın varsa, səhərə qədər gecə klubunda rəqs edə bilərsən, imtahandakı bütün sualları yazıb gələcək taleyini həll edə bilərsən, istəsən qarşındakı divarı bir yumruqla uçura bilərsən, ən əsası da “qanadlana” bilərsən...