10 400 ədəd siqaret aşkar edilib
15 İyul 2016 17:25 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş "Belıy" ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31