FHN-də üzgüçülük üzrə çempionat keçirilib
Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb.
15 İyul 2016 17:45 SosialDövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb. "Olaylar" xəbər verir ki, iştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət etmişlər. Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti, ikinci yerə Mülkü müdafiə qoşunları, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülmüşdür. Şəxsi hesabda Yusif Ələsgərov birinci yeri, Samir Babayev (FHN Akademiya) ikinci yeri, Asif Ələsgərov isə üçüncü yeri tutub. Sonda İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik etmiş, onlara kubok, medal və diplomlar təqdim edib.