Gündəm
Rusiya-Azərbaycan sərhədində aniterror əməliyyatı keçirilib, ölən və yaralananlar var
Rusiyanın Azərbaycan Respublikası ilə sərhədyanı ərazisində keçirilən aniterror əməliyyatı nəticəsində iki silahlı zərərsizləşdirilib, bir qvardiyaçı həlak olub, iki hərbçi yaralanıb.
Alimlər gilasdan raket yanacağı hazırladılar
Bolqarıstanın gilas paytaxtı sayılan Küstendil şəhərində alimlər doluya qarşı raketlər üçün yeni yanacaq növü hazırlayıblar.
Cennifer Lopes tamahına hakim ola bilmədi
Amerikalı aktrisa və müğənni, Hollivud ulduzu Cennifer Lopes dünən Nyu-York ştatının şimalındakı Hemptonda idi.
Messi saçının boyamasının səbəbini açıqladı
"Barselona"nın futbolçusu Lionel Messi bir müddət əvvəl saçını sarı rəngə boyamasının səbəbi və oğlu haqda danışıb.
Arda Turandan "ayrılıq" açıqlaması
Sevgilisi Aslıhan Doğandan ayrıldığı iddia edilən futbolçu Arda Turan açıqlama yayıb.
TQDK imtahan suallarını yayan şəxsi məhkəmədə 5 min manat cərimələtdirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlarda istifadə olunan test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.
Türkiyədə İŞİD-in 4 əsas üzvü saxlanıldı
Türkiyədə "İslam Dövləti" (İŞİD) terror təşkilatının 4 əsas üzvü saxlanılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, tutulanların hamısı bu ölkənin vətəndaşlarıdır. Onların adları açıqlanmayıb. Məlumata görə, İŞİD üzvləri Türkiyənin cənub-şərq vilayətlərində terror aktları planlayıblar.
PKK-nın Suriya qolu 16 yaşlı qız və oğlanları əsgərliyə çağırır
PKK-nın Suriyadakı qolu PYD-nin Menbiç və çevrəsində 16 yaşını tamamlamış qız və oğlanların məcburi əsgərliyə çağırdığı bildirilib.
Bakıda ev yandı, xəsarət alan var
Paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m² olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Namiq Əliyev yenidən DGB-nin İcraiyyə Komitəsinə üzv seçilib
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü seçilib.
Ərzaq dükanlarının piştaxtalarında olan kolbasa və sosiskalar xəstəlik mənbəyidir
“Ərzaq dükanlarının piştaxtalarında gözəgəlimli olan kolbasa və sosiskalar xəstəlik mənbəyidir. Ölkəmizdə istehsal olunan həmin kolbasa məhsulları keyfiyyətsiz, insan saglamlığını ciddi təhdid edən ətlərdən və kimyəvi maddələrin qarışığından hazırlanır”.
Məktəbəqədər təhsil qanunla tənzimlənəcək
Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bunu millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
Ekoloji pozuntulara görə 214 akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən avqustun 6-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Dağıstanda 2 terrorçu məhv edildi
Əmək Nazirliyi daha bir qrup şəxsi istirahətə göndərdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yaz-yay mövsümündə artıq 860 nəfər əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib. Bu barədə daha 30 nəfər əlilliyi olan şəxsin Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov məlumat verib. Şöbə müdiri onlardan 297 nəfər şəxsin Xaçmazda, 270 nəfərin Lənkəranda, digərlərinin isə Şəki rayonundakı müvafiq müəssisələrə istirahətə göndərildiklərini, həmin insanların istirahət mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirildiklərini diqqətə çatdırıb.














