Cennifer Lopes tamahına hakim ola bilmədi
Amerikalı aktrisa və müğənni, Hollivud ulduzu Cennifer Lopes dünən Nyu-York ştatının şimalındakı Hemptonda idi.
5 Sentyabr 2016 12:09 DünyaAmerikalı aktrisa və müğənni, Hollivud ulduzu Cennifer Lopes dünən Nyu-York ştatının şimalındakı Hemptonda idi.
TMZ bildirir ki, 47 yaşlı aktrisa oğlu Maksla birlikdə alış-verişə yollanmışdı. Supermarketdən çıxaraq maşınına tərəf gedəndə "Cey Lo" tamahına hakim ola bilməyib və oğluna aldığı dondurmadan dişləyib.
Axşam saatlarında isə o, NBC telekanalında nümayiş olunan, Nyu-York polislərindən bəhs edən "Shades of Blue" teleserialının yeni seriyasının çəkilişdə idi. Bu teleserialda Cennifer Lopes detektiv Harli Santos rolundadır.
"Cey Lo" əkiz övladları Maks və Emmenin atası, müğənni və bəstəkar Mark Entonidən 2011-ci ildə ayrılıb, boşanma prosesi isə 2014-cü ildə başa çatıb.
Ötən həftə C.Lopes sabiq ərinin Nyu-Yorkdakı "Radio City Music Hall"dakı konsertinə qatılmış, səhnəyə çıxaraq onunla birlikdə mahnı da ifa etmişdi.