Gündəm
Deputatımız Astanada səs verdi
Qazaxıstanın Astana şəhərində keçirilən Parlamentlərarası Forumda iştirak edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev ölkəmizin Qazaxıstandakı səfirliyində səs verib. “Olaylar” Azərtac-a istinadən xəbər verir ki, deputat deyib: “Astanaya ilk səfərim əlamətdar bir vaxta təsadüf edib. Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərlə bağlı referendum ölkəmiz üçün taleyüklü, çox mühüm siyasi hadisədir. Mənə bu dəfə ölkəmizin bir hissəsi olan səfirliyimizdə səs vermək nəsib oldu. Düşünürəm ki, referendumun nəticələri Azərbaycanda keyfiyyətcə yeni bir mərhələyə keçidi təmin edəcək. Ölkəmizin dünyada mövqeyini möhkəmləndirəcək, islahatların daha da sürətləndirilməsini, müstəqilliyin möhkəmləndirilməsini, əhalinin firavan gələcəyini təmin edəcək”.
Belarusun Müdafiə naziri ölkəmizə rəsmi səfərə gəlib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Bu barədə nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub. Səfər sentyabrın 29-dək davam edəcək.
Avtoqəzada 1 nəfər ölüb, 5-i yaralanaıb
Sentyabrın 25-də saat 17 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini İntiqam Abdullayevin və Daşkəsən rayon sakini Altay Bağırovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə İ.Abdullayevin sərnişinlərindən atası Məzahir hadisə yerində ölüb, digər 3 sərnişini, habelə A.Bağırov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Kürəkəninə bıçaqla xəsarət yetirdi
Sentyabrın 25-də Tovuz rayonunun Qovlar şəhərində yaşayan Zaur Cəfərov evində ailə-məişət münaqişəsi zəminində kürəkəni Ruslan İsmayılova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə,Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərov tutulub. Araşdırma aparılır.
Beyləqan sakinindən 8 kq marixuana götürülüb
Beyləqan sakininin həyətyanı sahəsindən xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən İmanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 8 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.
Batumidəki konsulumuz da səsvermədə iştirak edib
Azərbaycan Respublikasının Batumidə (Gürcüstan) olan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da başlayıb.
Rusiyadakı soydaşlarımız referendumda ruh yüksəkliyi ilə iştirak ediblər
Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimizdə ruh yüksəkliyi ilə iştirak ediblər. Bu barədə Diaspor məsələləri üzrə ekspert ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul Allahverdilinin sözlərinə görə, sevindirici haldır ki, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak ediblər. İki saata yaxın müşahidə apardığını deyən Allahverdili seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini bildirib.
Elman Rüstəmov: “İlin sonuna tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir”
Tədiyyə balansında kəsirin olması olduqca böyük gərginlik yaradır.
Azərbaycan prezidenti Pakistan müdafiə sənayesi nazirini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyev Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ramiz Mehdiyev səs verib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.
Avropa Parlamentinin keçmiş üzvü: "Səslərin hesablanmasını müşahidə edəcəyik"
“Saat 19:00-da artıq səslərin hesablanmasını müşahidə edəcəyik”.
Serbiyalı deputat: "Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”
“Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”. Bunu APA-ya açıqlamasında Serbiya parlamentinin deputatı,AŞPA-nın üzvü Marko Blaqoyeviç deyib.
Samir Şərifov: "Manat ədalətli məzənnəsini axtarır"
"Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir".
Nazir: "Xarici valyutada krediti olanlara yardım etmək dövlətə çətindir"
"Hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir". "APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Samir Şərifov: "Beynəlxalq Bank kiçiləcək"
"Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir".











