Gündəm

""Qəbələ" öz meydanında "Bavariya"nı xatırladır"

28 Sentyabr 2016 18:53

"Ağır səfərə çıxırıq. Bu cür uzun səfərdən sonra məqsədimizə istəklə çata bilərik". Apasport.az xəbər verir ki, bunu "Maynts"ın baş məşqçisi Martin Şmidt deyib.

La Liqa klubunda məşqçi istefası

28 Sentyabr 2016 18:41

"Granada" rəhbərliyi baş məşqçi Pako Xemeslə yollarını ayırmaq qərarına gəlib. Goal.az xəbər verir ki, Xemes bu gün komandanın çalışdırıcısı kimi son dəfə məşq keçəcək, ardınca mətbuat konfransına qatılacaq.

Müğənnilər "qan ağladılar": "Ay qız, nə danışırsan, nə toy, nə qonorar"

28 Sentyabr 2016 18:38

Sirr deyil ki, sənət adamlarının, müğənnilərin qazanc yeri toylardır. Əcnəbi həmkarlarından fərqli olaraq nə albom satışı, nə də konsertlərdən gəlir götürə bilən azərbaycanlı şou əhlinin çörəyi necə deyərlər, toydan çıxır. Artıq toydan çıxmır, desək, o qədər də yanılmarıq. Çünki vaxtilə toy bazarında ən bərkgedən müğənnilər hazırda toysuzluqdan şikayətlənir.

Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlanıb

28 Sentyabr 2016 18:35

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.

Araqdan 53 nəfər zəhərləndi: 28-i öldü

28 Sentyabr 2016 18:24

Ukraynada qida məhsullarının təhlükəsizliyi və istehlakçıların müdafiəsinə cavabdeh olan dövlət təşkilatı "Gospotrebslujba"nın etdiyi açıqlamada, Xarkov bölgəsində son üç gündə spirt zəhərlənməsi səbəbi ilə 53 şəxsin xəstəxanalara müraciət etdiklərini, onlardan 28-nin həyatını itirdiyi bildirilib.

5 saytın adı "qara siyahı"ya salındı

28 Sentyabr 2016 18:22

Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öncə sədri olduğu komissiyanın müzakirəsinə tövsiyə edilən məsələlər barədə məlumat verib. O bildirib ki, bunların sayı 23-dür. V.Rəhimzadə həmin məsələlərin altısının MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərlərinin Şura Katibliyi tərəfindən təqdim edildiyini deyib. Gündəlik təsdiq olunduqdan sonra müzakirələrə başlanılıb.

"Nardaran işi": Şahidi təhqir edən təqsirləndirilən şəxs zaldan çıxarılıb

28 Sentyabr 2016 18:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Turizm sahəsində fəaliyyət göstərmək istəyənlər üçün YENİ TƏLƏBLƏR

28 Sentyabr 2016 18:09

Azərbaycanda turizm infrastrukturu yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra turizm sahəsində fəaliyyət göstərə biləcək.

"Azərbaycanda kəskin respirator virusu var"

28 Sentyabr 2016 18:06

Hazırda Azərbaycanda qrip xəstəliyi yoxdur. Bunu azvision.az-a Səhiyyə Nazirliyinin Respublika gigiyena və epidemiologiya mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O qeyd edib ki, hazırda mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator infeksiyaları müşahidə edilir.

Deputat: "Referendum Azərbaycanın yeni mərhələyə keçməsi üçün zəruri idi"

28 Sentyabr 2016 18:05

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum Azərbaycanın keyfiyyət etibarı ilə yeni bir mərhələyə keçməsi üçün çox zəruri olan addım idi.

Dövlət müşaviri UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb

28 Sentyabr 2016 17:47

Sentyabrın 28-də  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin  UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Marope ilə görüşü olub.

Kamal Abdullayev Los -Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb

28 Sentyabr 2016 17:43

Sentyabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Yol polisi sərxoşluq dərəcəsinin necə müəyyənləşdirildiyini açıqlayıb

28 Sentyabr 2016 17:41

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sərxoşluq dərəcəsinin necə müəyyənləşdirilməsi ilə bağlı həkim Vasif İsmayılın iddialarına cavab verib.

Prokuror azərbaycanlı İŞİD-çiyə 14 il həbs cəzası istədi

28 Sentyabr 2016 17:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ABŞ Suriyaya 364 milyon dollarlıq yardım ayırdı

28 Sentyabr 2016 17:30

Rəsmi Vaşinqton Suriyaya yardım məqsədilə 364 milyon dollar ayırmağı planlaşdırır. “Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət departamentinin müntəzəm brifinqi zaman ABŞ dövlət katibinin əhali, qaçqın və miqrasiya üzrə köməkçisi Enn Riçard jurnalistlərə məlumat verib: