Araqdan 53 nəfər zəhərləndi: 28-i öldü
Ukraynada qida məhsullarının təhlükəsizliyi və istehlakçıların müdafiəsinə cavabdeh olan dövlət təşkilatı "Gospotrebslujba"nın etdiyi açıqlamada, Xarkov bölgəsində son üç gündə spirt zəhərlənməsi səbəbi ilə 53 şəxsin xəstəxanalara müraciət etdiklərini, onlardan 28-nin həyatını itirdiyi bildirilib.
28 Sentyabr 2016 18:24 DünyaUkraynada qida məhsullarının təhlükəsizliyi və istehlakçıların müdafiəsinə cavabdeh olan dövlət təşkilatı "Gospotrebslujba"nın etdiyi açıqlamada, Xarkov bölgəsində son üç gündə spirt zəhərlənməsi səbəbi ilə 53 şəxsin xəstəxanalara müraciət etdiklərini, onlardan 28-nin həyatını itirdiyi bildirilib.
Xarici KİV bildirir ki, zəhərlənənlərin "Pşeniçnaya" firmasına araqlardan içdikləri məlum olub.
Hadisə ilə əlaqədar istintaq davam edərkən, saxta araq satıldığı təsbit edilən bəzi mağazaların sahibləri nəzarətə götürülüb. Onları 10 ilə qədər həbs gözlədiyi söylənilir.
Ukrayna İstehlakçılar Birliyi ölüm faktı ilə əlaqədar bütün supermarketlərə ciddi xəbədarlıq edib. Milli.az