Gündəm
Azərbaycan və İran arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı imzalanmış sənəd təsdiq edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Onların siyahısı təsdiqləndi
Azərbaycan prezidentiİlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Vəkillər Akif Çovdarovun barəsində həbs qərarının dəyişdirilməsi barədə vəsatət qaldırıblar
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Təhsil idarəsinin müdiri məktəblərdəki şagird sıxlığından DANIŞDI
Paytaxtın mərkəzindəki məktəblərdə şagird sıxlığı problemini həll etmək üçün yaxın gələcəkdə Bakıətrafı qəsəbələrdə də liseylərin tikilməsi istiqamətində təhlillər aparılır.
ADU-da “Sudo və Savako müəllimlə yapon dili dərsi” keçirildi
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Yapon mərkəzinin təşkilatçılığı ilə adıçəkilən mərkəzdə “Sudo və Savako müəllimlə yapon dili dərsi” keçirildi. Bu dərsin keçirilməsinin əsas məqsədi ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrinin yapon dilində nitq mədəniyyətini daha çox inkişaf etdirmək, bu dilin söz bazasını artırmaq və sözlərin düzgün tələffüzü, həmçinin istifadə qaydasını daha dəqiq izah etməkdir. Bu məqsədlə dərsdə müxtəlif video-çarxlar nümayiş olundu, eləcə də xüsusi testlər və yoxlama işləri aparıldı.
Bir kişi iki bacı ilə evlənə bilərmi?
İslam dinində eyni şəxsin iki bacı ilə ailə qurması haramdır.
"Atası öləndə belə, Bakıdan sevgilisinin qoynundan çıxıb gəlmədi" - Baldızını qaçıran kişi barədə
Cəlilabadda kürəkən öz baldızını qaçırıb Ölkə.az bildirir ki, Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu, rayonun Məmmədrzalı kənd sakini olan 15 yaşlı baldızını qaçırıb.
Olimpiya mükafatçımız 1 milyon manatı Azərbaycandan necə çıxardı?
Rio-2016 olimpiadasının gümüş mükafatçısı, Azərbaycan boks yığmasının legioneri Lorenso Sotomayorla bağlı maraqlı məlumatlar yayılıb.
DTX və XKX-yə dövlət qulluğu statusu verilir
Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.
"Microsoft" şirkətindən Azərbaycana XƏBƏRDARLIQ
"Microsoft" şirkəti yeni iş mövsümü ərəfəsində Azərbaycanda kiberhücumların artdığını vurğulayır.
Türkiyənin gizli ordusu hücuma keçdi: 48 saat var
Türkiyənin min xüsusi təyinatlı qüvvəsi (Bordoberelilər) "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyaya daxil olub.
Xüsusi xidmət orqanlarına dövlət qulluğu statusu verilir
Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir. Bu barədə Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılır. Eyni zamanda “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri daxil edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.
Aydın Əliyev BMT-nin regional ofisinin rəhbərini qəbul edib
Oktyabrın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Pirallahı adasını sahillə birləşdirən yeni körpünün tikintisi başa çatıb
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb, körpü ətrafında isə son tamamlanma işləri həyata keçirilir. Bu barədə “Azəravtoyol” ASC-dən verilən məlumata görə, hazırda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Kommunikasiya xətlərinin körpünün alt hissəsindən keçirilməsi üçün hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiyalar da quraşdırılıb.
Bakıda daha bir beynəlxalq tədbir keçirilib
Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib.














