Bakıda daha bir beynəlxalq tədbir keçirilib

Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib.

Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının və Dövlətlərarası Şuranın nümayəndələri iştirak ediblər. İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulmuş həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən razılıq, bu sahədə əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artır, yerli məhsullar xarici bazarlarda layiqli yer tuturlar. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülüb. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Qanun 2014-cü ildə qəbul olunduqdan sonra bu sahədəki fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətlənib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunub, komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub. Elmi-Texniki Komissiyanın akkreditasiya üzrə 38-ci iclasında isə "Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması haqqında" Saziş, beynəlxalq (ISO,IEC) standartlara keçidlə əlaqədar olaraq, həmin standartlar əsasında yeni dövlətlərarası (ГОСТ) standartların hazırlanması və digər mövzularda müzakirələr olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31