Aydın Əliyev BMT-nin regional ofisinin rəhbərini qəbul edib

Oktyabrın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oktyabrın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DGK-dan verilən məlumata görə, Aydın Əliyev BMT ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən söhbət açıb, 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsindən, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb. 2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransın keçirildiyini, həmin il Avstriya Respublikasının Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü Sessiyasında iştirakını, sessiya çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən Vyanada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət "Narkotiklərə yox deyək", eləcə də 2010-cu ildə BMT-nin Vyana bölməsində Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi Komissiyasının 19-cu sessiyası çərçivəsində "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgilərin təşkil olunduğunu məmnunluqla xatırlayan DGK sədri bu mötəbər tədbirlərin əhəmiyyətindən danışmış, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Gömrük Xidmətinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs etmiş, təkcə bu ilin 9 ayı ərzində 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb . Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31