Gündəm
KİV: Ermənistanın dövlət borcu artır
Bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib. “APA-Economics” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.
ABŞ Yəmən ərazisini atəşə tutub
ABŞ ordusu Yəmən ərazisini atəşə tutub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr Yəməndə yerləşən radiolokasiya qurğularına endirilib.
Sevinc Fətəliyeva: "İdman gəncləri pis vərdişlərdən uzaq tutmağın ən təsirli üsuludur"
Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 12-də Assambleyanın plenar iclasında “İdman hamı üçün – bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü” adlı məruzə ətrafında müzakirələrdə iştirak edib. SİA-nın məlumatına görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva müzakirələrdəki çıxışında idmanın ictimai həyatın bütün sahələrinə, o cümlədən etnik münasibətlərə, biznes fəaliyyətinə, sosial statusa, insanların sağlamlığına, həyat tərzinə və dəyərlərinə təsir göstərdiyini bildirib. Qeyd edib ki, idman gəncləri pis vərdişlərdən, eləcə də zorakılıqdan, radikalizmdən uzaq tutmağın ən təsirli üsuludur. İdman miqrantların cəmiyyətə adaptasiyasına da təsir etmək gücünə malikdir.
Sevinc Fətəliyeva AŞPA-da alt komitənin sədri seçilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı(AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumda yeni vəzifəyə seçilib. SİA-nın məlumatına görə, bu barədə S.Fətəliyeva öz “Facebook” səhifəsində yazıb.
Cavid Qurbanov: "Sumqayıt qatarı ilə hər gün 4 min sərnişin daşınır"
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, Bakı-Sumqayıt dəmir yolu vasitəsilə hərəkət edən elektrik qatarları haqda danışıb: “Bilirsiniz ki, bu il Bakı-Sumqayıt dəmir yolu əsaslı təmir olundu və istismara verildi. Hər gün bu yolla 4 min sərnişin daşınır. Bunun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Bu yol da tikintidən sonra sərnişinlərin ixtiyarına veriləcək".
Daha bir telekanalın yayımı dayandırıldı
Azərbaycanda fəaliyyət göstərən daha bir televiziya kanalının yayımı dayandırılıb. Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İnteraz" telekanalının "Azərspace" peykində yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. Bu gün axşam saat 18:00 radələrindən etibarən kanal yayımdan çıxarılıb. Nazirliyin hansı səbəbdən belə bir qərar verməsi hələlik açıqlanmır. (repartyor.tv)
Türkiyədən İŞİD-ə yeni zərbə
Türkiyə Hərbu Hava Qüvvələri (HHQ) “Fırat qalxanı” əməliyyatı çərçivəsində 9 hərbi uçuş zamanı Suriyada İŞİD terror təşkilatının silahlılarıının mövqelərini məhv edib. Trend bu barədə “Haberturk” qəzetinə istinadən məlumat verir.
"Kurtlar Vadisi" yayımlanmayacaq?
Bir neçə gün əvvəl Beyaz Tv-də məşhur türk serialı "Kurtlar Vadisi" ilə bağlı iddialar səsləndirilmişdi. Serialın yayımlanmayacağı deyilirdi.
Vladimir Putin: "Rusiya AİB və İpək Yolunun tərəfdaşlıq ideyasını irəli sürüb"
"Avrasiya İqtisadi Birliyi və İpək Yolu layihəsinin tərəfdaşlıq etməsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin də iştirakı ilə böyük Avrasiya əməkdaşlığının yaradılması üçün əsas ola bilər".
Bakı Metropoliteni Tarif Şurasına müraciət edib?
2015-ci ilin yekunlarına görə sərnişindaşımanın maya dəyəri 54 qəpik, 2016-cı ilin 6 ayı ərzində isə nisbətən azalaraq 52,4 qəpik təşkil edib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin qiymətlərinin artması metropolitendə xərcləri artıracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Bu açıqlamadan sonra metroda gediş haqqının artırılacağına dair geniş müzakirələr açılıb.
MTRŞ: "Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı yoxdur"
"Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşməsi ehtimalı mövcud deyil". Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Sərkisyanın fiaskoya uğrayan ABŞ səfəri
Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 9-da başlayan ABŞ səfəri başa çatıb. Məlumatlara görə, o, Nyu-Yorkda Ermənistan hökumətinin özünün təşkil elədiyi (!) investisiya forumunda çıxış edib. Tədbirdə məqsəd işğalçı ölkəyə Amerika, Qərb sərmayələrini cəlb eləməkdir. Əslində isə hədəf - növbəti dəfə dilənmək, Amerika ermənilərinin vasitəsilə "fitrə" yığmaqdır. İşğalçı ölkədə iqtisadiyyat varmı ki, ona kimsə sərmayə də qoysun?
Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib - FOTO
Kıvanç xanımı haqqında bu suala əsəbiləşdi
Aktyor Kıvanç Tatlıtuğ restoranlardan birindən çıxarkən görüntülənib. Türkiyə mətbuatının məlumatına görə, jurnalistləri görən Kıvanç "Dostlar, mən indiyə qədər sizi incik salmadım. Uyğun zamanda daha uzun söhbət edərik. Bu gün uyğun deyil" deyib.
Ətir almazdan əvvəl bu yazını OXUYUN
Hər kəs ətir vurur. Amma hər kəs ətirdən düzgün formada istifadə edirmi? Aile.lent.az ətirdən doğru istifadə qaydaları ilə sizi tanış edir.













