Gündəm

Cəbhədə ağır silahlar işə düşdü

1 Noyabr 2016 11:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Pentaqon: “Rakka əməliyyatı yaxın həftələrdə başlayacaq"

1 Noyabr 2016 11:17

"Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyat yaxın həftələrdə başlayacaq." TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirliyinin sözçüsü Piter Kuk dünən bəyan edib. “Rakka əməliyyatı yaxın həftələrdə başlayacaq. Düşünürük ki, artıq bunun vaxtı gəlib çatıb. Bu elədə asan bir məsələ olmayacaq. İlk əvvəl şəhər blokadaya alınmalı, sonra isə növbəti mərhələyə, şəhərin terrorçulardan təmizlənməsi mərhələsinə keçiləcək”, deyə P.Kuk.  O, əməliyyatın başlanmasının dəqiq tarixini açıqlamayıb.

Bu gündən analoq TV yayımı dayandırılıb

1 Noyabr 2016 11:14

Bugündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurum əhalini artıq xəbərdar edib. Bildirilib ki, 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək.

Erməni xalqının ölüm kabusu, yoxsa enerji qalxanı?- Metsamor AES

1 Noyabr 2016 11:13

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası (AES) artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır. Beynəlxalq təşkilatlar "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki, bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir. Dünyanın təhlükəli atom stansiyaları bunlardır:

Politoloq: "Münaqişənin həllində hərbi yol gündəmə gələ bilər""-  AÇIQLAMA

1 Noyabr 2016 11:10

Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərin azaldığı müşahidə olunur. Bunun fonunda isə cəbhədə atəşkəs rejiminin daha çox pozulduğu diqqəti cəlb edir. Bu baxımdan, bəzi yerli və xarici ekspertlər Dağlıq Qarabağda yenidən aprel döyüşlərinin baş verəcəyinin qaçılmaz olduğunu bildirirlər. Doğurdanmı bu cür döyüşlərin baş verməsi gözləniləndir?

16 yaşlı müğənniyə daha bir zərbə

1 Noyabr 2016 11:07

"Cevapsız çınlama" adlı mahnısı ilə qısa zamanda məşhurlaşan 16 yaşlı Aleyna Tilki daha bir zərbə alıb.

Hellouin faciəsi: 3 ölü

1 Noyabr 2016 11:06

ABŞ-ın Missisipi ştatında yük avtomobili Hellouin bayramını qeyd edən uşaqların olduğu açıq qoşqu ilə toqquşub.

Uşaq peyvənd olunubsa, bunlara riayət edin - 5 QAYDA

31 Oktyabr 2016 20:00

Son zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu, çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.

Abort etdirən qadınlarla bağlı  YENİ ARAŞDIRMA

31 Oktyabr 2016 19:50

Amerika, İngiltərə və Hollandiyada aparılan elmi araşdırmalarda hamiləliyi abortla sonlandıran qadınlarda intihar meylinin artdığı ortaya çıxıb. Hamiləliyin davam etməsi isə analıq instinkti ilə intihar ehtimalını azaldır.

Facebook”un yenilənmiş tətbiqi “iPhone”nun işini dondurur

31 Oktyabr 2016 19:40

20 oktyabr 2016-cı il tarixindən etibarən əlçatan olan “Facebook”un yenilənmiş tətbiqini yüklədikdə “iPhone” öz işini dayandırır. Smartfon yenidən yüklənir və “Apple” loqotipinin göstərilməsi zamanı donur. Bu problem “iPhone SE” və “iPhone 6S” qurğularında müşahidə olunub. Sözügedən problem haqda “Business Insider” resursu məlumat yayıb.

Alimlər infarktdan xilas edən mobil proqram yaradıblar

31 Oktyabr 2016 19:35

Finlandiyalı alimlər tərəfindən hazırlanmış mobil proqramın köməyi ilə infarktın ilk  əlamətlərini anında müəyyənləşdirmək mümkündür.

Hazal Kayanın həyatı təhlükədədir - "Ya mənim olacaqsan, ya da..."

31 Oktyabr 2016 19:30

“Ya mənim olacaqsan, ya da öləcəksən...” ATV.az xəbər verir ki, sosial şəbəkə vasitəsilə iranlı fanatından türkiyəli aktrisa Hazal Kayaya ünvanlanan bu sözlər müzakirələrə səbəb olub. Aktrisa həmin şəxsi məhkəməyə verib.

Antarktikada minlərlə mavi rəngli qəribə göl yaranır

31 Oktyabr 2016 19:24

Elm adamları Şərq Antarktida bölgəsindəki buz təbəqələrində qəribə mavi göllərin əmələ gəldiyini və bu vəziyyətdən narahat olduqlarını açıqlayırlar.

O da nişanlandı

31 Oktyabr 2016 19:20

Müğənni Adel 5 ildir münasibət yaşadığı sevgilisi Saymon Konekki ilə nişanlanıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük bunu səs-küysüz və mediadan xəbərsiz edib. Saymon Adelə böyük brilyant qaşı olan üzük hədiyyə edib.

Əvvəl Castin Biberlə, sonra Sinan Akçılla sevgili oldu

31 Oktyabr 2016 19:15

Müğənni Sinan Akçıl Mayamidə klip çəkdirib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klipdə tərəf müqabili seçmək üçün bir çox modellə görüşəm model sonda Aleksandra Rodrigez adlı qızı seçib.