Gündəm
Məzahir Pənahov ABŞ-da seçkiləri izləyəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib. Bu barədə məlumat MSK mətbuat xidmətindən verilib. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq.
Bu ticarət köşklərində SATICILAR YOXDUR - VİDEO - FOTO
Bu şirədən cəmi 1 stəkan içsəniz - İnanılmazdır, 3 gündə...
Bu şirədən cəmi 1 stəkan içsəniz, 3 gündə damarlarınız təmizlənəcək, ürək tutmalarından uzaq olacaqsınız!
Aktrisa çəkiliş zamanı yıxıldı və yaralandı
Aktrisa Hande Erçel çəkildiyi serialda çətin anlar yaşayıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanı geyindiyi hündürdaban ayaqqabılar pis vəziyyətə qoyublar. Belə ki, ssenariyə görə, taksiyə qaçaraq gedən aktrisa bir neçə dəfə yıxılıb.
“Galaxy S8” smartfonu süni intellektlə təchiz ediləcək
“Samsung” şirkətinin gələn il istehsal ediləcək əsas qabaqcıl qurğusu olan “Galaxy S8” smartfonu süni intellektlə təchiz ediləcək. Bu haqda şirkətin nümayəndələri Seulda keçirilmiş mətbuat konfransında məlumat veriblər.
“Google” reklamı “Mac” kompüterlərini virusa yoluxdurur
"Cylance" şirkətinin mütəxəssisləri "Mac" kompüteri istifadəçilərinin cinayətkarların "Google Chrome"un sifarişi ilə "AdWords" servisində bir neçə ön mövqeyi satın alması səbəbindən "Google.com" reklamı ilə ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər. İndi brauzeri yükləyən istifadəçilərin zərərli proqram almaları qaçılmaz olub.
Virtual reallıq üçün yeni kompüter çanta hazırlanıb
Virtual reallıq bu yaxınlarda populyarlıq qazanmağa başlasa da, artıq istifadəçilərin qarşılaşdığı bir sıra problemlər mövcuddur. Azsaylı keyfiyyətli kontenti kənara qoysaq, naqillər kimi aparat məhdudiyyətləri də var, çünki “HTC Vive”, “Oculus Rift” və “PlayStation VR” daxil olmaqla bütün virtual reallıq kaskaları kompüterlərə və qurğulara kabellərlə qoşulur. Bəzi istehsalçılar problemi virtual reallıq kaskalarının qoşulduğu çanta şəkilində mobil kompüterlər istehsal etməklə həll edir. Bu, istifadəçiyə həm real dünyada, həm də virtual reallıqda problemsiz hərəkət etməyə imkan verir ki, bu da dalma səviyyəsini xeyli yüksəldir. Belə kompüterləri artıq “HP”, “MSI”, “Alienware” və “Intel” təqdim edib, indi isə onlara “Zotac” şirkəti qoşulub.
Pilotsuz uçan aparatlar evləri və torpaq sahələrini qoruma funksiyasını yerinə yetirəcəklər
Hərbçilər artıq uzun müddətdir sərhəddə müşahidə aparmaq üçün pilotsuz uçan aparatlardan istifadə edirlər. İndi "Sunflower Labs" şirkəti dron və günəş batareyalarının köməyi ilə ev və torpaq sahələrinin etibarlı qorumasını təmin etmək niyyətindədir. Şirkət tərəfindən hazırlanmış təhlükəsizlik sistemi istifadəçinin xüsusi mülkiyyətini daima izləməyə imkan verən "ağıllı" kameralarla təchiz edilmiş pilotsuz uçan aparatlar və ərazinin perimetri üzrə "ağıllı" sensorlardan birgə istifadəyə əsaslanır.
"Anne"nin 7 yaşlı ulduzu nə qədər qazanır?
Son həftələrin ən çox müzakirə edilən uşaq aktrisası Beren Gökyıldızın "Anne" serialında qazancı bəlli olub.
Pittlə Colinin qəyyum problemi
Bred Pitt uşaqlar üzərində bərabər qəyyumluq tələb edir. Publika.az xəbər verir ki, məşhur aktyor rəsmi olaraq məhkəməyə müraciət ünvanlayaraq, boşanma prosesində olduğu həyat yoldaşı Ancelina Coli ilə birgə uşaqlar üzərində bərabər qəyyumluq hüququnun tanınmasını istəyib.
Castin Biber eşqi onu depressiyaya saldı
Kanadalı müğənni Castin Biber ilə 4 il sevgili olan Selena Qomez ondan ayrıldıqdan sonra depressiyaya düşüb.
Qadınlar yaşa görə bu vitaminləri qəbul etməlidirlər
20 YAŞ Bu dövrdə, balanslı qidalanma ilə bədənin ehtiyac duyduğu vitamin və minerallar təmin edilə bilər. Ancaq, yetkinlik dövründə yaşanan dəri problemlərinə qarşı A vitamini alına bilər. Qansızlıq üçün dəmir qaynağı olan qırmızı ət və ispanaq, brokoli kimi tərəvəzlər seçilməli.
Uorlik: “Hamburq görüşünü səbirsizliklə gözləyirik”
"Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır”.
Bərdədə qidadan zəhərlənən 5 yaşlı uşaq ölüb
Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.
Yazıçılar Qarabağ ictimaiyyətinin nümayəndələri ilə görüş keçiriblər
Noyabrın 7-də Ağdam Rayon Dövlət Dram Teatrında “Canımız Qarabağ, yazımız Qarabağ” adlı layihə çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə yazıçı və şairlərin görüşü keçirilib. Görüşdə Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin sədri Elçin Hüseynbəyli, millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və şair Əbülfət Mədətoğlu iştirak ediblər. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Elçin Hüseynbəyli bildirib ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir:














