Gündəm
Ermənilər 30 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.
İsrailin baş naziri bu gün Azərbaycana gəlir - YENİLƏNİB
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb. Məlumata görə, o və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcəklər. Baş nazir görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələləri müzakirə edəcək.
Ərdoğandan ŞOK açıqlama: Terror aktı Qərb dünyasının işidir
Bu terror aktı ölkəmizi parçalamağa çalışan Qərb dünyasının, imperialist qüvvələrin işidir. Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan polislərin qarşısında çıxışı zamanı deyib. “Bunlar Türkiyənin və türkün güclənməsini əsla qəbul etmək istəmirlər. İstdikləri qədər çalışsınlar. Bizim imanımız və qətiyyətimiz var. Bu ölkə tarixdə olduğu kimi yenidən öz gücünə və mövqeyinə qayıdacaq. Bunu birlikdə edəcəyik. 35 ildir ki, bu ölkədə terror var və buna qarşı mübarizə aparılır. Lakin indi terror təhdidlərin də forması dəyişib”, - Ərdoğan vurğulayıb.
"Strateji yol xəritələrinin hədəflərindən biri elm şəhərciyinin yaradılmasıdır"
“Prezident İlham Əliyev tərəfindən imzalanan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı da cəmiyyətin bütün sahələrini əhatə etdiyi kimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin bütün sahələrini əhatə edəcək”. Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Orta məktəblərdə şagirdlərin buraxılış imtahanı verəcəkləri fənlər müəyyənləşib
Azərbaycanda IX-XI siniflərdə buraxılış imtahanlarına buraxılış və iştirak qaydaları sərtləşdirilib.
Qurban Yetirmişli: “Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir”
“İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələdeyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir”. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.
ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?
Şokoladın vətəni Amerika hesab edilir. Şokoladı dadan ilk avropalı isə Xristofor Kolumb olub. Bu hadisə 1502-ci ildə Qayana adası sakinlərinin əziz qonağını böyük təntənə ilə qarşıladıqları zaman baş verib. Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa başlayıb. Bir girvənkəsi (400 qram) 10-15 şillinqə (Funt-sterlinqin 1/2-nə bərabər ingilis pulu) satılıb. Bu da çox baha olduğu üçün zadəganlara məxsus içki hesab olunub.
Pirotexniki məmulatların qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə "Arçi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib və itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.
Uçot dərəcəsinin artırılması ehtimalı 100%-ə yaxındır
ABŞ dollarının indeksi (altı əsas valyutaya qarşı dinamikanı izləyən - red.) 0,5% zəifləyərək 101,01 səviyyəsindədir. Buna səbəb avronun bahalaşmasıdır. Avro bugünkü ticarət sessiyasında 0,7% bahalaşaraq 1,0633 dollar səviyyəsində ticarət olunur. Avronun bahalaşdıran amil Almaniyanın dövlət istiqrazlarının gəlirliliyinin artması və rəsmi Romanın xeyli müddətdir bir sıra çətinliklərlə üzləşən İtaliyanın "Monte dei Paschi di Siena" bankına zəruri dəstəyin verməsinə hazır olmasıdır.
Bu il Azərbaycandan əcnəbilərə beş uşaq övladlığa verilib
2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən beş uşaq övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib. S. Məmmədov qeyd edib ki, uşaqlar Türkiyə (2), Rusiya (2) və Böyük Britaniya (1) vətəndaşlarına övladlığa verilib. Apa.az
Qanunsuz valyuta alverçiləri tutulub
Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir.
Orta məktəblərdə buraxılış imtahanlarında iştirak pulsuz olacaq
Azərbaycanda IX-XI sinfi bitirənlərin yekun qiymətinin hnsalanması qaydası məyyənləşdirilib Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nı təsdiqləyib.
Azərbaycanda IX sinifdə dərslərdə iştirak etməyən şagirdlər təhsilini davam etdirə bilməyəcək
Buraxılış imtahanlarında iştirak etməyən IX və XI sinif şagirdlərinə attestat verilməyəcək, arayış alacaqlar Ümumi orta təhsil (IX) səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayacaq.














