Gündəm
Azərbaycanda qripdən ölüm qeydə alınıb?
Səhiyyə Nazirliyi Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nurayın atasına qarşı iddia qaldırıldı - “Atalıq hüququndan məhrum edilsin!”
Quba rayonunda yaşayan 10 yaşlı Nuray Bayramzadənin bioloji atası Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb.
Akif Çovdarovun məhkəməsi yanvarın 11-nə təxirə salınıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Gürcüstanın sehrli ritmləri”
Yanvarın 27-də Heydər Əliyev Sarayda Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək. “Olaylar” –a verilən məlumata görə “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Elieshvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin lauriatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq. Biletlərin qiyməti 10-30 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
Teatra təşəkkür etdilər
Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb.
Caz ifaçılarının konserti olacaq
Fevralın 16-da Heydər Əliyev adına Sarayda tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. “Olaylar” – a verilən məlumata görə “jAzzeri Bands” caz musiqi axşamında Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər. Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndirəcəklər.
Ermənistanda səs-küylü QƏTL - Hadisənin səbəbi gizlədilir
Ermənistanın Qexarkunik vilayətinin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyanı güllələyən şəxs saxlanılıb. Akobyanı vilayət sakini Mexak Harutyunyan qətlə yetirib. Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaları davam etdirir. Qətlin hansı səbəbdən baş verməsi haqda açıqama verilməyib. Dövlət qurumları hadisəni ört-basdır etməyə çalışırlar.
Kıvanç Türkiyəni tərk edir?
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun Türkiyəni tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Milli.Az bildirir ki, "Milliyet"in yazarı onun Kipr adasında ev almaq istədiyini bildirib.
İstanbulda qarın hündürlüyü metr yarıma çatdı
Türkiyənin İstanbul şəhərində qeyri-sabit hava şəraiti davam edir. Şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb. Qarlı hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər. Apa.az
Estoniya ilə ticarət sahəsində o qədər də fəal əməkdaşlıq həyata keçirilmir
Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.
Zəlimxan Yaqubsuz bir il...
Azərbaycan xalq şairi Zəlimxan Yaqubun vəfatından bir il ötür... Bu gün Fəxri Xiyabanda mərhum şairin məzarüstü abidəsinin açılışı oldu. “Olaylar” bildirir ki, mərasim Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutdu. Mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkilləri Rəfael Hüseynov, Qənirə Paşayeva, Aqil Abbas, Nizami Cəfərov, Yunus Oğuz, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərəmov və şairin ailə üzvləri iştirak edirdilər. Həmçinin mərasimdə Cənubi Azərbaycandan olan yazarlar da iştirak edirdilər.
Region ölkələrinin hərbi itgiləri artıb
Keçən il cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatla da yadda qalan oldu. Uzun illər qələbə sevincinə həsrəd qalsaq da, güclü Azərbaycan Ordusu aprel ayında bu mifi tamamilə qıra, onu aradan qaldıra bildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri uzun illər erməni işğalı altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı.
İslamofobiyanı yaradan səbəblər həm də müsəlmanlardan qaynaqlanır
İslamofobiya elə bir mövzudur ki, bu məsələ təkcə inanclı insanları deyil, hətta müsəlman ölkələrində yaşayan ateistləri belə narahat edir. Çünki, müsəlman coğrafiyasında yaşayan insanlar İslam dininə etiqad bəsləməsə belə İslam mədəniyyətinə mənsubdurlar. Yəni, bu mədəniyyətin formalaşmasında və inkişafında hamının payı var. Ona görə də bu mədəniyyətin sərhədlərindən kənarda islamofobiyanı bu mədəniyyətə mənsub olan hər kəs hiss edir. Müsahibimiz İlahiyyət üzrə fəlsəfə doktoru Mehman İsmayılovdur.
Turizm sektoru iki mühüm məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır
2015-ci ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələri qeyri-neft sektorunu daha da inkişaf etdirmək zərurəti qarşısında qoydu.
ABŞ-İran münasibətləri yenidən gərginləşəcək
Artıq Birləşmiş Ştatlarda yeni Ağ Ev administrasiyası formalaşdı. Yeni Amerika prezidenti seçilmiş Donald Trampın kadr seçimində radikal addımları ilə tanınan və bir qədər də Rusiya və İrana qarşı hiddət hissi müşahidə edilən şəxslərə üstünlük verməsi Birləşmiş Ştatların xarici siyasətində o qədər də radikal dəyişikliklərin baş verməyəcəyi görüntüsü yaradır.




.jpg)









