ABŞ-İran münasibətləri yenidən gərginləşəcək
Artıq Birləşmiş Ştatlarda yeni Ağ Ev administrasiyası formalaşdı. Yeni Amerika prezidenti seçilmiş Donald Trampın kadr seçimində radikal addımları ilə tanınan və bir qədər də Rusiya və İrana qarşı hiddət hissi müşahidə edilən şəxslərə üstünlük verməsi Birləşmiş Ştatların xarici siyasətində o qədər də radikal dəyişikliklərin baş verməyəcəyi görüntüsü yaradır.
9 Yanvar 2017 13:42 DünyaYeni Ağ Ev administrasiyası İranı Yaxın Şərqdən sıxışdıracaq
Artıq Birləşmiş Ştatlarda yeni Ağ Ev administrasiyası formalaşdı. Yeni Amerika prezidenti seçilmiş Donald Trampın kadr seçimində radikal addımları ilə tanınan və bir qədər də Rusiya və İrana qarşı hiddət hissi müşahidə edilən şəxslərə üstünlük verməsi Birləşmiş Ştatların xarici siyasətində o qədər də radikal dəyişikliklərin baş verməyəcəyi görüntüsü yaradır. Ancaq bunun əksini söyləyənlər də az deyil. Hər halda yaxın aylar ərzində yeni Ağ Ev rəbərinin atacağı addımlar müəyyən olacaq. Amma bütün bunlara rəğmən əvvəlcədən Tramp hakimiyyətinin xarici siyasətdə hansı addımlar atacağını proqnozlaşdıranlar da var. Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatların yeni adminstrasiyası, İranın Yaxın Şərq siyasətində genişlənən hərbi-siyasi iştirakının qarşısın alacaq. Onun sözlərinə görə, Tramp administrasiyası buna ciddi hazırlaşır: "Tramp İranın Yaxın Şərqdə hərbi iştirakının qarşısını alacaq. Buna misal olaraq, Tramp komandasının müdafiə naziri general Mettsi Strateji və beynəlxalq araşdırmalar mərkəzindəki çıxışında bildirib ki, İran milli dövlət deyil. Hərc-mərcliyin yayılmasına yönəlmiş inqilabi layihədir. General təkrar edib ki, Birləşmiş Ştatların üç ciddi təhlükəsi var - İran, İran və İran. Bəli, proseslərə bu aspektdən fikir verdikdə İranın regiondan çıxarılması üçün Birləşmiş Ştatlar son dərəcə ciddi əməliyyatlar həyata keçirəcək. Trampın komandasına daxil, milli təhlükəsizlik məsələləri ilə məşğul olan general üçlüyü - milli təhlükəsizlik üzrə müşavir qismində Maykl Flinn, müdafiə naziri kimi Ceyms Mettis və Daxili Təhlükəsizlik Nazirliyinin başçısı kimi Con Kelli, həmçinin Nümayəndələr Palatasının təmsilçisi Mayk Pompeo MKİ direktoru kimi dünyada narahatlıq doğurur. Bu komanda, tam İran əleyhdarıdır və İranı bölgədə çətin sınaq gözləyir". Politoloq hesab edir ki, Tramp hakimiyyəti İraqda və Yəməndə İranın təsirini zəiflətmək üçün mümkün olan vasitələrdən istifadə edəcək: "İranın müttəfiqi Suriya və İraqın zəiflədilməsi nəticəsində, İranın güclənməsi baş verəcəksə, ABŞ-ın apardığı siyasət iflasa uğramış olar. Təbii ki, görünür Tramp İranla regionda bir çox məsələrə aydınlıq gətirəcək. Burada Səudiyyə Ərəbistanı ilə İran arasında münaqişə də qızışdırıla bilər. Fərqli-fərqli cəbhədə bu iki ölkə mübarizə və müharibə aparmaqdadır. İstənilən situasiyada iki ölkə fars körfəzində üz-üzə gələr". Məhəmməd Əsədullazadə bildirib ki, Yaxın Şərqdə İranın vurulub çıxarılması, Tramp administrasiyasının Yaxın Şərq siyasətində pioritet olacaq. Ümumiyyətlə, Suriya münaqişəsi başlayandan bəri, İran regionda öz siyasi nüfuzunu artırmaqla, Birləşmiş Ştatlar və Türkiyənin regionda maraqlarına qarşı siyasət aparmaqdadır. Hazırda bu ölkə, İraqda və Yəməndə silahlı təşkilatlara aktiv hərbi yardım göstərməkdədir. Xaricdə əməliyyatlarda iştirak edən "Qüds
briqadası" ilə Suriyada hərbi əməliyyatlarda iştirak edir. Həmçinin öz regional maraqları çərçivəsində bölgə ölkələrini siyasi təsir dairəsində saxlamağa çalışır. İran müttəfiqi Əsəd rejimini qorumağı və Yəməndə husilərdən ibarət yeni hakimiyyət formalaşdırmağı planlayır. Faktiki olaraq İran, İraq hakimiyyəti üzərində böyük təsirə malik olmaqla burada "Haşdi-Şabi" könüllü dəstələri yaradıb və onlara hərbi-lojistik dəstək verməkdədir. Bu qüvvələr, İŞİD terror təşkilatına qarşı döyüşmək üçün yaradılsa da, əəsas məqsəd İranın İraqda hərbi iştirakına zəmin yaratmaqdır. Həmçinin İran Livanda "Hizbullah" təşkilatını dəstəkləməklə Suriyada rejim tərəfindən aktiv hərbi əməliyyatlarda iştirak etməsinə təşviq edir, Yəməndə üsyançı "Hüsiləri" dəstəkləyir, onları gizlin olaraq silah və sursatla təmin etməkdədir. Diqqət etsək, İran Yaxın Şərqdə üç böyük silahlı təşkilatın arxasında durur. Tehran öz regional maraqlarını, bu silahlı birliklər tərəfindən həyata keçirtməkdədir. Regionun digər nüfuzlu ölkəsi , İranın ənənəvi rəqibi Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi "Husi" üsyançılarını bir ilə yaxındr ki, bombalamaqdadır. Buna baxmayaraq, istənilən nəticəni ortaya qoya bilmir. Çünki üsyançılar, İrandan aldığı dəstəklə öz müqavimətini artırır". Təşkilat sədri deyir ki, İran, Suriya və Yəməndə qalib gələrsə, Bəhreyndə yenidən İran amili ortaya çıxacaq: "Məhz rəsmi Tehran bu hərbi təşkilatlarla Səudiyyə Ərəbistanı ətrafında bir həlqə formalaşdırıb, Ərəbistanı siyasi izolyasiya etməkdədir. Bu ölkənin xaricdə hərbi əməliyyatlar aparan "Qüds" briqadasının komandanı general Qasim Süleymanidir. Bu general İranın uğurlu hərbi əməliyyatlarının müəllifidir. Qeyd edim ki, teokratik Tehran rejimi Suriya münaqişəsindən istifadə edərək, bölgədə qalıcı missiyasını həyata keçirir. İranın bu arealda hərbi-siyasi imkanlarının artmasında şübhəsiz Obama administrasiyasının regiona azalan marağından irəli gəlib. ABŞ tərəfindən İranın bu siyasətinin qarşısı alınmasa, bu illər ərzində Türkiyə, İsrail və Səudiyyə Ərəbistanın regional siyasəti iflasa uğrayacaq və əsas estafeti İran olacaq. Nəticə etibarilə regionda Rusiya-İran və Çin ittifaqı yaradılacaq. Bu regional güc, əsasən regionun aparıcı dövləti olan Türkiyənin maraqlarına ciddi zərbə vuracaq".
Məhəmməd