Gündəm
DƏHŞƏTLİ VİDEO ! Ölən qızın kabusu taksiyə mindi
Ruhlar təyinat məntəqəsinə çatmamış yoxa çıxır. Sosial şəbəkədə qara, uzun saçlı qızın ruhunun sərnişinin ardınca taksiyə mindiyini açıq-aşkar göstərən video yayılıb. Qaranlıq siluet hərəkət edən avtomobilə sarı gəlib və taksiyə minib. Lakin ruhun taksiyə mindiyini nə sürücü, nə də sərnişin hiss edib. Taksinin qapısı bağlanan kimi ruh yoxa çıxıb. Qızın taksiyə minməsi yol kənarında quraşdırılmış videoya düşüb. Hadisə isə 2012-ci ildə Yaponiyada baş verib. Lakin video bu yaxınlarda yayılıb və ictimaiyyətin diqqətini cəlb edib. Videoda ölü qızın uzun, ağ paltarda olduğu güman edilir.
2016-cı ildə Azərbaycanın xarici siyasət UĞURLARI
"2016-cı il dünya siyasətində ağır il olub. Xüsusilə də geopolitikada ABŞ-Rusiya arasında olan münasibətlər, Suriya məsələsində Rusiyanın önə keçməsi, eləcə də ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi kimi məsələləri qeyd etmək olar".
Politoloq: “Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişiklik var”
“2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İrəvanın Azərbaycana məxsusluğunu gündəmə gətirdi və onun icarəyə verildiyini dedi. Ardınca dövlət başçımız Zəngəzurun icarə verildiyini bildirdi. Onun da icarə müddəti artıq tamam olur. Dünya praktikasında belə bir tendensiya var ki, icarəyə verilmiş torpaqlar müddət başa çatdıqda mülk sahibinə qaytarılmalıdır”. Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında Yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Bank sektorunun dollarlaşması milli valyutaya təzyiqi artırır
2015-ci ilin sonlarından dünyanın maliyyə bazarlarında baş verən proseslər, nəticə etibarilə Amerika dollarının digər milli valyutaları üstələməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda milli vayutanın üzən məzənnə sisteminə keçidini zəruri etdi. Ötən müddət ərzində üzən məzənnə sisteminə keçid növbəti kəskin devalvasiyanı önləyə bilsə də, lakin problemin tam mənada aradan qaldırıldığını da söyləmək hələlik bir qədər çətindir. Buna səbəb olan isə bir sıra amillərdir.
Nağdsız hesablaşmalar sahibkarlara nə vəd edir?
Məlum olduğu kimi “Nağdsız hesablaşmalar haqqında”Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibəti tənzimləyən müddəa 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.
Türkiyə terror təşkilatlarının təhdidilə ilə üz-üzə qalıb
Artıq bir neçə ildir ki, Türkiyə olduqca ağır bir dövrünü yaşayır. Suriya münaqişəsi meydana gələn andan etibarən qardaş ölkənin pozulan daxili siyasi həyatına silsilə terror aktlarının da əlavə olunması Türkiyəyə bütün parametrlər üzrə öz mənfi təsirini göstərdi.
"Ötən il Azərbaycanın münaqişənin həlli ilə bağlı atdığı addımlar tarixi maksimuma çatdı"
"2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar tarixi maksimum səviyyəyə çatdı".
Dörd məsciddən oğurluq edən şəxs tutuldu
Masallı rayonunda dörd məsciddən oğurluq edilib. Hadisələr rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb. Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb.
Musiqili Teatrda ilin ilk premyerası
Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti, 2017-ci ilin isə ilk premyerası keçiriləcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettası tamaşaçılara təqdim olunacaq. Əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...
Gəncə avtomobil yolunun tikintisi yekunlaşıb
Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri başa çatdırılıb. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, 19,4 km olan Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.
Ceyhan limanından 1,9 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Mənzillər qiymətdən düşəcək
“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir. Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar: “Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər.
BTC kəməri ilə təxminən 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
2016-cı ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 450 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ilin yanvar- dekabr aylarında bu kəmərlə 28 milyon 862 min 673 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər BTC-yə 321 milyon 538 min 62 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.
Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov yanvarın 16-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinləri iştirak edəcək. Həmçinin qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.









.jpg)




