Gəncə avtomobil yolunun tikintisi yekunlaşıb
Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri başa çatdırılıb. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, 19,4 km olan Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.
9 Yanvar 2017 12:56 SosialGəncə şəhərinin Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri başa çatdırılıb. "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, 19,4 km olan Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib. Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Burda 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metrdir. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metrdir. Layihəyə uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metrenində piyada səkilərinin tikintisi işləri də aparılıb. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min paqon-metr səki daşı düzülüb. Layihə çərçivəsində möcud dəmir yolu üzərində və yolun 8-ci km-də Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub. Dəmir yolu üzərindəki körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Gəncə çayı üzərindəki 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpülərdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkiləri də tikilib. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub, sərnişin və yük daşıması yaxşılaşıb.