Yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında Yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə1- 4, gündüz 6-9, Bakıda gecə 2- 4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında Yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 2-7 dərəcə isti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31