Gündəm

Bakının mərkəzində NİŞAN OYUNU: sürücülər çaş-baş qalıblar

9 Yanvar 2017 15:44

Bakının "beşmərtəbə dairəsi" deyilən ərazidə qoyulan yol nişanı yerindən çıxarılıb. Yeni yol nişanı çıxarılandan sonra avtomobil sürücüləri yolda çaş-baş qalıblar. Çünki onlar qaydaların pozulmasından ehtiyat edirlər. Bu səbəbdən ərazidə tıxac yaranıb.

“Bu görüş münaqişənin qısa zamanda həllinə səbəb ola bilər”

9 Yanvar 2017 15:35

“Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüş ölkəmizin xarici siyasətinin prioritet məsələsidir”. Bunu  açıqlamasında politoloq Mübariz Əhmədoğlu açıqlamasında deyib.

İslam Hərbi Alyansı Azərbaycana nə verə bilər?

9 Yanvar 2017 15:32

“Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artlq qurumun üzvlərinin sayı 42-yə çatıb”.

Avtobusun oturacağında tiryək aşkar edildi

9 Yanvar 2017 15:31

İran İslam Respublikasının vətəndaşı ölkəmizə narkotik vasitə keçirmək istəyərkən tutulub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Milyonerin evinə oğru girdi, saat kolleksiyasını oğurladı

9 Yanvar 2017 15:29

Moskvanın mərkəzində iri biznesmenin ümumi dəyəri 6 milyn rubl olan saat kolleksiyası oğurlanıb.  Hüquq-mühafizə orqanları həmin biznesmenin evinə oğruların girdiyini bildirir. Hadisə ev sahibi evdə olmayanda baş verib.

Amerika xalqı üçün ikinci şok

9 Yanvar 2017 15:25

ABŞ-ın 2016-cı il üzrə kəşfiyyat proqramı üçün ayırdığı büdcə xərci 70 milyard dollardır. Vəsaitin 53 milyard dolları Mərkəzi Kəşfiyyat Agentliyinin fəaliyyətinə, 17 milyard dollar isə hərbi kəşfiyyata sərf edilib. 2010-cu ildən sonra, təqribən 1-2 milyard dollar fərqlə, kəşfiyyat fəaliyyətinə hər il bu qədər vəsait xərclənib. 2017-ci il üçün də kəşfiyyat xərci eynidir - 70 milyard dollar.

34 - ilə bitməyən əsər

9 Yanvar 2017 15:23

Aqil Abbas “Olaylar” – a hazırda üzərində çalışdığı əsər haqqında məlumat verib. Aqil bəy bildirir ki, hazırda üzərində çalışdığı əsərdə Rəmişin obrazını yaradır. Rəmişin timsalında dahi insanlar əsərdə yer alacaq. Yazıçı əsəri 3 – 4 aya bitirməyi planlaşdırır.

ŞOK: Terrorçunun istifadə etdiyi silahı polis verib

9 Yanvar 2017 15:13

Floridada yerləşən "Fort Lauderdale" hava limanında 5 insanın öldüyü, 6 nəfərin isə yaralandığı terror hücumunu reallaşdıran Esteban Santiaqoyla bağlı mətbuatda yeni ittihamlar yayılıb.

Pulsuz efirə çıxmayan müğənnilər - SİYAHI

9 Yanvar 2017 15:10

Türkiyənin "Sözcü" qəzeti Türkiyədə efirə pulla çıxan məşhurların adlarından ibarət siyahı hazırlayıb.

"Oyananda gördüm ki, qəbirstanlıqdayam"

9 Yanvar 2017 15:08

PKK terror təşkilatından qaçmağı bacaran uşaqlar təşkilatın kirli üzünü açıblar. Onlar ifadələrində təşkilata necə üzv olduqlarını deyiblər.

Tofiq Quliyev anılacaq

9 Yanvar 2017 14:57

Yanvarın 31 –də Heydər Əliyev adına Sarayda görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

Supermarketlərdə təhlükəsizlik tədbirləri necə təmin olunur?

9 Yanvar 2017 14:56

Hazırda dünyada baş verən terror aktları insanları narahat etməkdədir. Dünyanı lərzəyə gətirən terror cinayətləri qonşu dövlətləri də cənginə alıb. Son illər ərzində baş verən terror hadisələri belə bir qənaətə gəlməyə əsas verir ki, heç bir dövlət bu qanlı olaydan sığorta olunmayıb. Nəzərə alsaq ki, Azərbaycanın xəyanətkar, arxadan zərbə vurmağı özünə peşə seçən, terrorçu qruplaşmalarla əməkdaşlıq edən Ermənistan kimi düşməni var, belə halda ehtiyatı əldən vermək ölkəmiz və vətəndaşlarımız üçün baha başa gələ bilər. Onu da yaddan çıxarmaq olmaz ki, beynəlxalq aləmdə Azərbaycanı istəməyən, onun inkişafını həzm etməyən, ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələr mövcuddur. Bu kimi faktlar ölkədə güclü təhlükəsizlik tədbirlətinin görülməsini vacib edir. Bəs, reallıqda necə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazım olan bütün addımlar atılıbmı?

Qərb, Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlamaqdadır

9 Yanvar 2017 14:52

“Azərbaycanın qəbul olunmuş xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında ölkənin Avroatlantika məkanına inteqrasiyası başlıca pioritet elan edilib. Hazırda ölkəmiz balanslı siyasət aparmaqla, nə Avropa nə də Avrasiya ittifaqına inteqrasiyada maraqlı deyil”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Ölkədə qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir

9 Yanvar 2017 14:51

“Respublikamızın zonalarında yeni sənaye və digər istehsal sahələri yaradılır. Bu tədbirlər Azərbaycan iqtisadiyyatına daha da təkan verəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elçin Quliyev səsləndirib.