Bakının mərkəzində NİŞAN OYUNU: sürücülər çaş-baş qalıblar
Bakının "beşmərtəbə dairəsi" deyilən ərazidə qoyulan yol nişanı yerindən çıxarılıb. Yeni yol nişanı çıxarılandan sonra avtomobil sürücüləri yolda çaş-baş qalıblar. Çünki onlar qaydaların pozulmasından ehtiyat edirlər. Bu səbəbdən ərazidə tıxac yaranıb.
9 Yanvar 2017 15:44 SosialBakının "beşmərtəbə dairəsi" deyilən ərazidə qoyulan yol nişanı yerindən çıxarılıb. Yeni yol nişanı çıxarılandan sonra avtomobil sürücüləri yolda çaş-baş qalıblar. Çünki onlar qaydaların pozulmasından ehtiyat edirlər. Bu səbəbdən ərazidə tıxac yaranıb.
Qeyd edək ki, cəmi 3 gün öncə Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün isə dairəyə daxil olanda yeni chr("39")chr("39")STOPchr("39")chr("39") nişanı qoyulmuşdu. Azərbaycan prospektindən chr("39")chr("39")beşmərtəbə dairəsichr("39")chr("39") tanınan istiqamətdə chr("39")chr("39")DAİRƏchr("39")chr("39") nişanı var.
Bakının mərkəzində hərəkət dəyişdi: TƏLƏ YOXSA...?
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, edilmiş dəyişiklik günün tələbidir. Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının müvafiq qərarı var.
Qeyd edək ki, burada qayda pozan sürücülər 60 manat məbləğində və ya 3 cərimə balı ilə cəzalandırılırdılar.
Sürücülər isə hesab edirdilər ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə chr("39")chr("39")dairəni buraxchr("39")chr("39"), dairəyə daxil olanlara isə chr("39")chr("39")sağdan gələn avtomobilləri buraxchr("39")chr("39") əmredici nişanları qoymaqla onları çaş-baş salır. Milli.az