34 - ilə bitməyən əsər
Aqil Abbas “Olaylar” – a hazırda üzərində çalışdığı əsər haqqında məlumat verib. Aqil bəy bildirir ki, hazırda üzərində çalışdığı əsərdə Rəmişin obrazını yaradır. Rəmişin timsalında dahi insanlar əsərdə yer alacaq. Yazıçı əsəri 3 – 4 aya bitirməyi planlaşdırır.
9 Yanvar 2017 15:23 SosialAqil Abbas "Olaylar" - a hazırda üzərində çalışdığı əsər haqqında məlumat verib. Aqil bəy bildirir ki, hazırda üzərində çalışdığı əsərdə Rəmişin obrazını yaradır. Rəmişin timsalında dahi insanlar əsərdə yer alacaq. Yazıçı əsəri 3 - 4 aya bitirməyi planlaşdırır.
" Rəmiş ruh insanıdı. Tamam başqa dünyadı.Rəmiş necə çalırsa, mən də o əsəri o cür yazmaq istəyirəm. Yəni, süjetsiz. İstəyirəm ki, oxucu əsəri oxuyanda Rəmişin şalğısını hiss eləsin. Rəmiş kiçi qeyri - adi istedada sahib başqa musiqiçilərimizdə var. Azərbaycan mədəniyyətində Vaqif Musatafazadə, Rafiq Babayev, Qədir Rüstəmov və digər fərqli istedada malik sənətkarlar olub.
Hər zaman demişəm ki, Rəmiş nə atadı, nə yoldaşdı, nə qardaşdı, nə vətəndaşdı, nə... Rəmiş ya mələkdi, ya da şeytandı. Və ya ikisinin arasında bir şeydi".
Qeyd edək ki, Aqil bəy bu əsərə ömrünün 34 ilini həsr edib.
"Bu əsəri bitirdikdən sonra Məmməd Araz, Məhəmməd Hadi və Hüseyn Cavid - bu üçlükdən bəhs edən əsər üzərində işləyəcəm. Təbii ki, o da bir az zaman alacaq. Bu əsərdə də qeyri - adi ədəbiyyat adamlarını daxil edəcəm".
Vaqif Bayatılı Ödəri bu üçlüyə daxil etməyən Aqil Abbas bildirdi ki, Vaqif nə Məmməd Arazdı, nə də Hüseyn Caviddi. "Mənim nəzərimcə, Vaqif Rəmişlə Hadinin arasındadı"
Musiqi ilə ədəbiyyatı eyni bir əsərdə təsvir etməkdən qəti şəkildə imtina edən Aqil Abbas qeyd etdi ki, bu artıq bir az publisistikaya da keçərdi.Hələ ki, işləyirik".