Tofiq Quliyev anılacaq

Yanvarın 31 –də Heydər Əliyev adına Sarayda görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

Yanvarın 31 -də Heydər Əliyev adına Sarayda görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

"Olaylar"- a verilən məlumata görə   "Könül nəğmələri" adlı konsertdə Xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilliant Dadaşova, Heydər Anatollu, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Xəyyam Nisanov, Emiliya Yaqubova və "Qaya" qrupu iştirak edəcəklər.

Biletlərin qiyməti 20-80 manat arası dəyişir. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31