Gündəm
Söz, fikir və məlumat azadlığının təmin olunması yönündə əsaslı nailiyyətlər əldə edilib
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi KİV-in də inkişafı əsas diqqət mərkəzində oldu. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən medianın inkişafına xüsusi olaraq diqqət artdı. Qısa zamanda sovet dövründən qalan senzura ləğv edildi, ölkədə müstəqil mətbu orqanlar yaradıldı. Bu gün də Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının medianın inkişafına yönəlik addımları və dövlət tərəfindən bu sahənin inkişafı məqsədilə edilən yardımlar ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunmasına gətirib çıxarıb. Elə mətbuat nümayəndələri, KİV rəhbərləri də bu qənaətdədirlər. Avrasiya İnformasiya Agentliyinin (www.avrasiya.net) təsisçisi və baş direktoru Cavid Şahverdiyevlə də müsahibəmiz məhz bu mövzudadır.
Dollar rekord həddə bahalaşdı - Türkiyədə
Türkiyədə dollar həftəyə rekordla başlayıb. İlkin əməliyyatlarda ABŞ dollarının məzənnəsi 3,70 lirə səviyyəsini ötüb - 3.7073 TL olub. Avro isə 3.91 TL-ni keçib. Azvision.az
VAkif Çovdarov vəkilinə 15 sutkalıq həbs cəzası istədi
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Xüsusi fondun inciləri
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadı. Onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş “başlıq”dı.
Millət vəkili hesabat verdi
“2016-cı il ərzində hörmətli seçicilərim tərəfindən bizə edilmiş müraciətlərin baxılması vəziyyətini və bu istiqamətdə fəaliyyətimizi təhlil etdik”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çııxş edən millət vəkili Vüsal Hüseynov qeyd edib ki, keçənil ərzində ümumilikdə 367 müraciət daxil olub: “Onlardan 310-u Ucar rayonunda, o cümlədən Milli Məclisin inzibati binasında müxtəlif vaxtlarda təşkil etdiyimiz (mən və köməkçim) qəbul və görüşlər zamanı, 31-i yazılı formada məktubla və 26-sı elektron (sosial şəbəkə, elektron poçt və s.)
AMЕA Naхçıvan Bölməsində yeni materiallar tədqiqata cəlb olunub
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni materiallar tədqiqata cəlb olunub. Belə ki, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbiçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvaniskinin Rusiyanın paj korpusunda təhsili, Palkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.
Siyasi iradənin növbəti göstəricisi
Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və ölkəmizin antikorrupsiya təcrübəsi öz innovativ xarakteri ilə seçilir. 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və geniş miqyaslı islahatlar həyata keçirilmişdir.
Türkiyə parlamentin sədri xəstəxanalıq oldu
"Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır". Bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.
Suriya üzrə Türkiyə-Rusiya dialoqu bölgənin sabitliyi üçün vacibdir
"Suriya böhranının həlli üzrə Türkiyənin və Rusiyanın qarşılıqlı anlaşması bütün bölgədə vəziyyəti sabitləşdirmək üçün çox vacibdir."
Yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib
Azərbaycanın qədim guşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formalaşmasında önəmli rola malikdir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qədim diyarın şanlı tarixinə “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” kimi daxil olan 2016-cı ilin ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq.
Suraxanıda 2 otaqlı ev yanıb
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cəlilabadda 3 otaqlı ev külə dönüb
Cəlilabad rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət yaşayış evinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha 95 əmlak hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 fevral 2017-ci il tarixində keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.
Maliyyə Bazarlarına Nəzarət Palatası işçı axtarır
Maliyyə Bazarlarına Nəzarət Palatası 22 vakansiya üzrə işçi axtarır. “OLAYLAR”-ın xəbərinə görə, Palatanın prudensial siyasət və metodologiya idarəsinə, bank fəaliyyətinə nəzarət departamentinə, maliyyə bazarlarına nəzarət departamenti, Maliyyə Monitorinqi Xidmətinə və digər bölmələrə işçi qəbulu elan edilib.














