Gündəm
Silah satan şəxs tutulub
Silah satışı ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.
Opera sevərlər Musiqi Akademiysında toplanacaqlar
16 yanvar 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında BMA-nın Opera studiyasının " #BakuOperArt "layihəsinin təqdimatı baş tutacaq. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri, AR Xalq artisti, professor Fəxrəddin Kərimov bu ilki tədbir dinləyiciləri üçün xüsusi surprizlər hazırlayıb. Layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdi. Konsert proqramında Bakıda az səhnələşdirilmiş operalardan tanınmış parçalar səsləndiriləcək. Onların bəziləri musiqili premyera olacaqdı. Həmçinin layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdu səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümyiş ediləcək.
BQXK: Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqlar davam etdirilir
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir.
"O səs Türkiyə"dən gedən azərbaycanlılardan açıqlama: "Bizə qarşı tələ quruldu"
"O səs Türkiyə" mahnı müsabiqəsində azərbaycanlı iştirakçıların yarışmadan çıxması böyük müzakirələrə səbəb olub. Məlumata görə, iştirakçılar Zülfi Əsədov, İlham Nəzərov,Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər.
Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdu
Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Olaylar” – a verdiyi aşıqlamasında qeyd edib ki, “Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdu. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.
Qaz təchizatında problemlər olacaq
Yanvarın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR-ın mətbuat xidməti yayıb. Bildirilib ki, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Azərbaycan etibarlı strateji tərəfdaş kimi tanınır
“Geridə qoyduğumuz 2016-cı il bütün dünya üçün heç də asan keçmədi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı, dünyada yoxsulluğun və işsizliyin kəskinləşməsi kimi problemlər insanların ciddi etirazları və bir sıra ölkələrdə xoş olmayan hadisələrin meydana gəlməsi ilə yadda qaldı. Lakin sevindiricidir ki, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu”.
Formula 1 biletlərini artıq 24 ölkədən alıblar
"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb".
Obamadan Avropaya xəbərdarlıq
Yanvarın 20-də vəzifəsini tərk edəcək ABŞ prezidenti Barak Obama ötən bazar günü ABC teleşirkətinə verdiyi müsahibədə bildirib ki, prezidentlik dövründə onun qəbul etdiyi ən mürəkkəb qərar 2010-cu ildə 30 min Amerika hərbi qulluqçusunun Əfqanıstana göndərilməsi barədə qərar olub.
Türkiyədə parlament binası mühasirəyə alındı
Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Baş Prokurorluq:Terrorçuluğun təbliği və digər faktlarla bağlı materiallar cinayət işinə əlavə olunub
Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyi barəsində Baş Prokurorluqda cinayət işi başlamayıb.
İş saatı azaldıldı 15:30
Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar İstanbul başqa olmaqla, bir sıra vilayətlərdə məktəblər bağlanıb.
Bayram Səfərov: “Elə etməsinlər ki, hərəkətlərini özlərinə qaytaraq”
“Azərbaycanlı şəhid əsgərin cəsədinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir”. Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.
Azərbaycanda söz və fikir azadlığı dövlətin iradəsinə əsaslanır
Azərbaycanda söz və fikir azadlığının təmin olunması üçün ölkənin rəsmi dairələri tərəfindən bütün lazımi addımlar atılıb, ehtiyac duyulan bütün hüquqi prosedurlar təmin olunub. Mükəmməl hüquqi baza formalaşdırılıb, söz və məlumat azadlığının konstitusion əsasları yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib.

.jpg)












