Opera sevərlər Musiqi Akademiysında toplanacaqlar

16 yanvar 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında BMA-nın Opera studiyasının  " #BakuOperArt "layihəsinin təqdimatı baş tutacaq. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri, AR Xalq artisti, professor Fəxrəddin Kərimov bu ilki tədbir dinləyiciləri üçün xüsusi surprizlər hazırlayıb.  Layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdi. Konsert proqramında Bakıda az səhnələşdirilmiş operalardan tanınmış parçalar səsləndiriləcək. Onların bəziləri musiqili premyera olacaqdı. Həmçinin layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdu səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümyiş ediləcək.

16 yanvar 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında BMA-nın Opera studiyasının  " #BakuOperArt "layihəsinin təqdimatı baş tutacaq. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri, AR Xalq artisti, professor Fəxrəddin Kərimov bu ilki tədbir dinləyiciləri üçün xüsusi surprizlər hazırlayıb.  Layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdi. Konsert proqramında Bakıda az səhnələşdirilmiş operalardan tanınmış parçalar səsləndiriləcək. Onların bəziləri musiqili premyera olacaqdı. Həmçinin layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdu səhnələşdirilməyən Ş.Qunonun "Faust" operasından bütöv akt nümyiş ediləcək.

Konsertdə solistlər: Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundov və b iştirak edəcək. Solistlərlə birgə tədbirdə xor nömrələri də yer alacaq.  Xorun bədii rəhbəri Gülbacı İmanovadı.

Giriş sərbəstdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31